Çərşənbə , May 22 2024
Ana səhifə / Media / “Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə verilməlidir” – Fazil Mustafa

“Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə verilməlidir” – Fazil Mustafa

“İki jurnalistlərin binasından isə qanunsuz şəkildə dəxli olmayan şəxslərə verilmiş mənzillər alınıb həqiqətən ehtiyacı olan jurnalistlərə verilməlidir”.

Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa jurnalistlərin üçüncü binasının şəhid ailələrinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlandırılmasına münasibət bildirərkən deyib.

“Milli sosial qaragüruhun ayrılmaz qanadı kimi özünü büruzə verən jurnalist qaragüruhunun yönləndirilməsi ilə bir fikrin, bir təklifin necə linç edilməsinin şahidi olduq. Bəri başdan deyim ki, mən bir vətəndaş olaraq nə millət vəkili Etibar Əliyevin, nə də prezidentə eyni məzmunlu sənəd imzalayıb göndərən jurnalistlərin bu təşəbbüsünü dəstəkləyirəm. 

Şəhid ailələrinə və qazilərə ayrıca mənzillər tikilməli, ilk iki jurnalistlərin binasından isə qanunsuz şəkildə dəxli olmayan şəxslərə verilmiş mənzillər alınıb həqiqətən ehtiyacı olan jurnalistlərə verilməlidir. Üçüncü bina isə xüsusi etimada malik komissiya tərəfindən müəyynələşdirilən cəmiyyətimiz üçün dəyərli olan istedadlı alim, jurnalist, yazar, həkim, müəllim, tərcüməçi, mühəndis və başqa peşə sahiblərinə verilməlidir. Əlbəttə, bu bir fikirdir, bir təklifdir, bəyənilib, bəyənilməməsi də normaldır. Bütün hallarda son qərar prezidentə aiddir və əminəm ki, ədalətli şəkildə bu mübahisələrə son qoyacaq” deyə, deputat bildirib.

Həmçinin oxuyun

“Rauf Arifoğlu haqda “dost” ifadəsinə ehtiyatla yanaşardım, Rəşad Məcid isə…” – Arif Əliyevlə

Bakı Mətbuat Klubunun prezidenti, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Bakupost.az -a geniş videomüsahibə verib. O, …