Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Qanunsuz tikintilərə nəzarət gücləndirildi

Qanunsuz tikintilərə nəzarət gücləndirildi

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaqların mühafizə zonaları ilə bağlı tələblərə riayət olunmasına nəzarəti gücləndirib.

Azinforum.az bildirir ki, bu barədə ƏMDK məlumat yayıb.

Məlumata görə, keçirilmiş monitorinqlərin nəticəsi göstərir ki, bu sahədə ən çox rast gəlinən problemlər torpaqlardan təyinatı üzrə olmayan istifadə, özbaşına tikililər, eləcə də mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsidir.

“Bəzi hallarda vətəndaşlar qanunvericiliyi bilərəkdən pozurlar, bəzən isə insanlar mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar”, – deyə komitə qeyd edib.

Oxu.az xatırladır ki, Nazirlər Kabineti tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə mühafizə zonaları müəyyən edilib.

Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin və ixrac boru kəmərlərinin ətrafında yaradılır.

Onu da əlavə edək ki, komitənin yeni Əsasnaməsilə, Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edilib.

Bu məqsədlə dövlət müfəttişləri tərəfindən mütəmadi qaydada Bakı şəhərində və ətraf ərazilərdə monitorinq və müşahidələr aparılır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçirilir.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın