Ana səhifə / Media / Qanunsuz ağac kəsənləri 2 il həbs gözləyir

Qanunsuz ağac kəsənləri 2 il həbs gözləyir

Azərbaycanda qanunsuz ağac kəsməyə görə cərimələr sərtləşdirilir.

Belə ki, bu barədə məsələ Meşə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan ərazilərdə ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manata qədər miqdarda cərimə və ya iki ilədək müddətdə islah işləri və ya üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hazırki qanunvericilikdə isə yuxarıda qeyd olunan əməllərə görə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətdə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Dəyişikliklər noyabrın 11-də keçiriləcək plenar iclasın gündəliyinə daxil edilib. (AzVision.az)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın