Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Qadınların çoxu pensiya hüququndan məhrum olacaq…” – Əli Əlirzayev

“Qadınların çoxu pensiya hüququndan məhrum olacaq…” – Əli Əlirzayev

Sabiq millət vəkili, iqtisad elmləri doktoru, professor Əli Əlirzayevin müsahibəsini təqdim edirik:
– Əli müəllim, təqaüd yaşının diferensiallaşdırılması indiki dövrdə Azərbaycan əhalisi üçün labüd idimi? Ümumiyyətlə təqaüd yaşının diferensiallaşması nədir axı?
 
– Düzdür, təqaüd yaşının diferensiallaşması ilə bağlı qanun qəbul edildi, ancaq çox şeylər hələ də aydın deyil. Bir çox məsələlər var ki, onları təhlil, izah etmək lazımdır. Bu məsələ ilə bağlı özümə də bəzi şeylər qaranlıqdır. Lazım idi ki, bu yeni qanunun əvvəlcədən səbəb və nəticələri ətraflı izah olunardı. Mətbuat səhifələrində geniş işıqlandırılmalı idi ki, sadə insanlara da bu səbəb və nəticələr dəqiq aydın olsun. İstənilən dəyişiklik bir məqsədə uyğun olmalıdır. Yəni bunun hansı məqsədlə həyata keçirilməsi açıqlanmalıydı. O dəfə qeyd etdim ki, yeni qanun büdcə xərclərini bir növ azaltmaq məqsədilə tətbiq oluna bilər. Bu dəyişikliyi etməmişdən öncə bir hazırlıq dövrü keçmək lazım idi və həmin hazırlıq dövründən sonra yeni qaydalar tətbiq edilməliydi.
– Yaxşı, bəs bu yeni qaydaların mənfi və müsbət tərəfləri hansılardır?
– Yeni dəyişiklikdə bir məsələ var ki, bundan sonra 12 illik iş stajı tələb olunmayacaq. Təqaüd yaşının baza hissəsi olacaq və həmin baza hissəsini ödəməlisən. Bundan sonra hüququn çatacaq ki, pensiya alasan. Bir məsələ də var ki, ola bilsin pensiya yaşın çatacaq, amma baza hissəni ödəmədiyinə görə təqaüdə çıxmayacaqsan. Nəzərdə tutulan baza hissəni ödəyəndən sonra təqaüdə çıxa bilərsən. Bu da o demədkir ki, müəyyən sahədə çalışanlar, məsələn müəllimlər 12 ilə baza hissəni ödəyə bilməyəcəklər. Baza hissəni doldurmaq üçün orta aylıq əmək haqqı 400-dən çox olmalıdır. Hər müəssisədə də bu məbləğdə əmək haqqı almaq çox çətindir. Ola bilsin ki, özəl belə əmək haqqı müəssisələrdə olsun, amma Azərbaycanda bir çox müəssisələrdə heç DSMF-ə vergi ödəməyiblər, bəzilərində isə çox cüzi miqdarda vergi ödəyiblər.
Digər məsələ də var ki, bundan sonra insanları təqaüd yaşına görə işdən çıxartmaq mümkün olmayacaq. Təqaüd yaşanına çatan baza hissəsi üçün nəzərdə tutulan 16 min manat məbləği ödəyə bilmədiyinə görə, öz haqqını tələb edərək işdən çıxmayacaq. Ancaq bu, hələ dəqiq deyil, yəni dəqiq bilmirik ki, bu belə olacaq, yoxsa olmayacaq.
– Bir mütəxəssis olaraq sizə belə bu məsələdə bir çox qaranlıq məqamlarla qarşılaşmısınızsa, bəs sadə insanlar nə etməlidir? Onlara həmin qaranlıq tərəfləri kim və ya kimlər izah etməlidir? 
– Yenə deyirəm, bu məsələdə qeyri-müəyyənliklər çoxdur. Bütün bunları müəyyən etmək üçün bir dəyirmi masa təşkil olunmalıdır, bu sahənin insanları yığışıb həmin masa ətrafında müzakirər etməlidir. Yeni qanundakı dövlətin, xalqın xeyrinə olan məsələlərə, eləcə də çatışmamazlıqlara aydınlıq gətirilməlidir. Təəssüflər olsun ki, bizdə belə bri şey mümkün deyil. O üzdən bu məsələ hələ uzun müddət mübahisə və təhlil tələb edən problem olacaq. Ona görə yaxşı olardı ki, bu qanunu Milli Məclisə çıxaran adamlar bu məsələdə qarant verələr.
– Yeni qaydalara əsasən qadın və kişilərin təqaüd yaşının eyni, yəni 65 yaş olaraq müəyyən edilməsi sizcə düzgündürmü?
– Qadınla kişi təbii ki, indi bizdə iş baxımından, hüquqi baxımdan, maddi təminat baxımından eyni götürülür. Ancaq o da qeyd olunur ki, güya bizdə kişilərlə müqayisədə qadınlar daha çox yaşayır. Buna görə də qadınlarla kişilərin pensiya hüquqları eyni yaşdan müəyyən ediləcək. Əslində isə əvvəlki demoqrafik prosesi ilə bağlı qadınlara üstünlük verilməliydi. Qadınlar dünyaya uşaq gətirrisə, onu tərbiyə edib böyüdürsə, müəyyən mənada tez yaşda pensiyaya çıxmaq hüququ qazanmalıdır. Təəssüf ki, indi həmin hüquq götürüldü və burda da müəyyən çatışmazlıqlar var. Burada bir məsələ də var ki, qadınların çox hissəsi heç pensiya hüququ qazana bilməyəcəklər. Çünki qadınların əksəriyyəti, xüsusən də rayon və kəndlərdə fərdi təsərrüfatla məşğuldurlar və ya evdar qadındırlar. Pensiya yaşına çatanda da 16 mini ödəmədikləri üçün pensiyaya çıxa bilməyəcəklər. Bununla da ola bilsin ki, qadınların çoxu pensiya hüququndan məhrum olsunlar. Bunun müsbət tərəfi isə ancaq müəllimə, həkim işləyən qadınlarla bağlı olacaq. 65 yaşını tamamlamımış müəllimələr, həkimlər məcburi şəkildə təqaüdə çıxarılmayacaqlar.
– Bir məsələyə də aydınlıq gətirməyinizi xahiş edirəm, müəyyən olunmuş 65 yaş həddi bundan sonra da fasilələrlə artırılacaq və yavaş-yavaş 75-ə çatdırılacaq, yoxsa səhv düşünürəm?
– Xeyr, insan ömrü nə qədərdir ki, bu rəqəm 75-ə çatdırıla? 65 yaşında pensiyaya çıxan şəxs 12 il təqaüd alacaq. Ola bilsin bu rəqəm artırılıb 15-ə çatdırıldı və o zaman belə anlaşılır ki, 65-ində pensiayay çıxan şəxs 80 yaşına qədər təqaüd alacaq. Bizdə ömür səviyyəsi 80 yaş olsaydı çox sevinərdik. Elə özüm də 80 il yaşasam narazı qalmaram. 65-ində təqaüdə çıxan hər kəsin 80 yaşına qədər təqaüd alması da hər adama qismət olmayacaq. Yox, əgər biz 80 il yaşayacağıqsa, 65-də təqaüdə çıxmağımızda problem yoxdur.
Onu da qeyd edim ki, 65 yaş həddi də birdən birə qalxmayacaq, bu, 2 ilin içərisində 6 aydan bir artırılaraq 65-ə çatdırılacaq. Ümid edirəm ki, 65-də dayanacaq, daha ondan çox artırılmayacaq.
– Əli müəllim, dünya təcrübəsində bu məsələ necə tənzimlənib? Bu məsələdə hansısa ölkədən örnək götürmək olardımı?
– Bilirsiniz ki, mən bu tip sosial məsələlərlə çox maraqlanmışam, elmi işim də sosial mövzuda olub. Dünya təcrübələrində hər bir ölkənin öz qanunauyğunluqları var. Düzdür, standartlaşdırma, dünya təcrübəsini tətbiq etmək yaxşıdır. Ancaq hesab edirəm ki, pensiya məsələsində dünya təcrübəsini əsas götürmək doğru deyil. İnsanları rifahına, sosial məsələlərə yaxınlaşmaq üçün onun sosial, demoqrafiq tərkibi ilə yaxınlaşmaq lazımdır. Elə ölkələr var ki, orada iki ailəyə bir uşaq düşür, bizdə isə bir ailəyə beş uşaq düşür. Bizim siyasətimiz də sosial yönümlü siyasətdir və bu siyasəti tələb edən, məcburi edən amillər var ki, biz o amilləri qorumalı, təkarar etməli, bərpa etməliyik. Yəni, doğum səviyyəsini, ölüm səviyyəsini artırmalıyıq, ailə məsələlərinə diqqət yetirməliyik, boşanmaların səviyyəsinin artmasınin qarşısını almalıyıq. Bizdə soaisl məsələlərdə tarixən müsbət cəhətlər çox olub, indi bizim pensiyanı da dünya səviyyəsinə uyğunlaşdırmağımız doğru deyil. Hansısa ölkələrdə, məsələn Şveçariyada, Almaniyada, Yaponiyada əhalinin çox faizi 80-100 il  yaşayır. Ancaq bizdə bu rəqəqmlər mövcud deyil, həm də biz hələ də müharibə şəraitində yaşayırıq, şəhidlər veririk, qaşqın və köçkünlərimzi var, hələ də problemlərimiz mövcuddur. Belə olan şəraitdə əhali arasında yeni daxili probem yaratmaq doğru deyildi. Bizim doğrudan da problemlərimiz var, heç kim danmasın ki, Azərbaycanda problemlər yoxdur. Problemlər olmasaydı əhav ruhiyyəmiz bu səviyyədə olmazdı.
O üzdən bu məsələylə bağlı xarici tərcübəni bizdə tətbiq etmək doğru olmazdı. Mən heç o alimlərdən də deyiləm ki, durub deyəm xaricdə belədir, elədir. Ona qalsa xaricdə orta aylıq əmək haqqı, toplam gəlirlər, doğum səviyyəsi yüksəkdir. Xariclə bağlı nəyisə əlaqələndirəndə mütləq sosial amilləri də nəzərə alma qlazımdır.
– Bizdə bəzi məmurlar var ki, təqaüd yaşını keçməsinə baxmayaraq hələ də vəzifədədir. Ola bilərmi ki, indi təqaüd yaşının artırılması da həmin məmurların vəzifədə daha çox qalmasına xidmət etsin?
– Əlbəttə ki, ola bilər. Əvvəlki qanundan fərqli olaraq dövlət işçiləri də 65 yaşına qədər işləyə biləcək və nəzərə alsaq ki, onlara bir 5-10 il də əlavə vaxt verilsə, 75 yaşlarına qədər işləyəcəklər. Təqaüd yaşının artırılması müəllimlər, həkimlərlə yanaşı elə həmin məmurlar, dövlət işçiləri üçün yaxşıdır. Fiziki cəhətdən sağlamdırlarsa, ona deyə bilmərik ki, sən vəzifədən getməlisən. (Moderator.az)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın