Cümə , Oktyabr 30 2020
Ana səhifə / Media / Qadın sürücü: “Yol polisi mənə “podxod” elədi, nömrəsini vermək istədi” – VİDEO

Qadın sürücü: “Yol polisi mənə “podxod” elədi, nömrəsini vermək istədi” – VİDEO

Bakıda xanım sürücünün vəzifə başında olan DYP əməkdaşının videosunu çəkərək sosial şəbəkələrdə paylaşması geniş müzakirələrə səbəb olub. Azinforum.az baku.ws-yə istinadən xəbər verir ki, adını açıqlamayan sürücü iddia edir ki, 10-P-048 dövlət nömrə nişanlı YPX-yə məxsus motosikletin sahibi, yol polisi ona əxlaqsız təklif edib. Xanım sürücü iddia edir ki, sözügedən DYP əməkdaşı qaydanı pozan xanım sürücüləri saxlayaraq onlarla münasibət qurmağa çalışır, öz telefon nömrəsini təqdim edir. Öz adını açıqlamayan, üzünü göstərməyən qadın sürücünün bu iddiası birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri videonun şərh bölməsində qeyd edirlər ki, sürücü DYP əməkdaşına şər atır. Buna səbəb isə qadın sürücünün DYP əməkdaşının qayda pozuntusuna görə ona yazdığı cərimədən yayınmaq istəməsidir.

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …

Bir cavab yazın