Ana səhifə / Media / Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı – VİDEO

Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı – VİDEO

Ukraynada bir qadın müxbir canlı yayım zamanı qəzəbli qrupun hücumuna məruz qalıb. 
Moderator.az xəbər verir ki, Ukraynada “Newsone” televiziya kanalında çalışan müxbir Darina Bileranın üzərinə yumurta atılıb və gənc qadın yayımın sonunda yumruq zərbəsi alıb. Qadın müxbir bütün bunlara baxmayaraq yayıma davam etməyə çalışıb.
Kiyev prokurorluğunun qarşısında baş verən hadisəyə polisin kifayət qədər müdaxilə etməməsi diqqət çəkib. Müxbirə şiddət tətbiq edən şəxslərin Ukraynanın şərqində Rus qüvvələri ilə döyüşən Teymur Tumgoevin Rusiyaya ekstradisiya edilməsinə qarşı çıxanlar olduğu bildirilib.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …