Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Qadın kəsdiyi ağaca görə 2900 manat cərimələndi

Qadın kəsdiyi ağaca görə 2900 manat cərimələndi

Daha bir ağackəsən yüksək məbləğli cərimə ilə cəzalandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, “Qaynar xətt”ə Gəncə şəhər sakini Hüseyn Əhmədov tərəfindən Üzeyir Hacıbəyov küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

Şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı 1 ədəd ağacın qanunsuz olaraq kəsildiyi məlum olub.

Araşdırma zamanı yaşköküstə ağacın sözügedən ünvanda yaşayan Gövhər Quliyeva tərəfindən aparılan tikinti işləri zamanı kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və ona inzibati xəta törətdiyinə görə qanunamüvafiq qaydada 2920 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın