Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Qadağan olunmuş dərman satışının qarşısı alındı

Qadağan olunmuş dərman satışının qarşısı alındı

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi psixotrop tərkibli dərman preparatlarının qanunsuz alqı-satqısının qarşısının alınması istiqamətində əməliyyat keçirib.

Musavat.com-un məlumatına görə, Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdiyi daha bir tədbir nəticəsində Ağdam rayon sakini İlham Otarud saxlanılıb və onun üzərinə baxış zamanı külli miqdarda “Rivatril” psixotrop dərman preparatı aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin ətafında aparılan tədbirlər zamanı onun qadağan olunmuş həbləri Rəşid adlı şəxsdən aldığı məlum olub. Əməliyyat tədbirinin davamı olaraq İ.Otaruda psixotrop tərkibli dərman preparatlarını satan Bakı şəhər sakini Rəşid Ağayev də saxlanılaraq istintaqa təqdim olunub.

R.Ağayevin üzərindən əlavə olaraq külli miqdarda satışı qadağan olunmuş psixotrop tərkibli “Rivatril”, “Klonezapam” və “Relanium” dərmanları da aşkar edilərək götürülüb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın