Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Qaçqınlarla bağlı bu yaxınlarda qərar veriləcək” – Əli Həsənov

“Qaçqınlarla bağlı bu yaxınlarda qərar veriləcək” – Əli Həsənov

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Çingiz Qənizadənin Azərbaycanda qaçqın və məcburi köçkünlərin statusuna yenidən baxılması, onlara kommunal xərclərin ünvanlı şəkildə ayrılması və bu sahədə Hesablama Palatasının aşkara çıxardığı yeyinti hallarına qarşı verdiyi açıqlamaya sərt reaksiya verib.

Qafqazinfo” xəbər verir ki, Ə. Həsənov qeyd edib ki, dünən mətbuatda deputat Çingiz Qənizadənin və Hikmət Babaoğlunun qaçqınların statusu ilə bağlı fikirləri ilə tanış olub:

“Deputatların qaçqın və məcbur köçkünklərin statusları ilə bağlı açıqlamaları həqiqətən də ciddi narazılıq yaradıb. Kimsə qaçqın və məcburi köpçkünlər danışırsa indiki mövcud vəziyyəti bilib danışmalıdır. Ən azı heç olmasa bu işi bilənlərə suallarla müraciət etməlidir. Son vaxtlar qaçqın və məcburi köçkünlərə qarşı hücumlar artıb. Bunun səbəbi nədir, mənə də aydın deyil. Bu insanlar ölkənin ən həssas təbəqəsidir. Amma yenə də ölkə başçısı əhalinin bu təbəqəsində xüsusi diqqət yetirir. Ona görə də qaçqın və məcburi köçkünlərin problemlərinə toxunarkən hamı diqqətli olmalıdır. Ümumiyyətlə status siysasi və hüquqi məsələdir. Bu beynəlxalq idarəçilk sənədidir. Onu biz milli qanunvericiliyiməzə uyğun qəbul edərək özümüzünkünə çeviririk. Qaçqın və məcburi köçkünlərə güzəşt isə dövlətin milli və daxili məsələdir.

Burda kimsə deyə bilər ki, qaçqın və məcburi köçkünlərə güzəştlər statusdan doğur. Xeyr, bu statusdan irəli gəlməyə də bilər. Dövlətin öz işidir. Ona görə də bunları qarışdırmaq lazım deyil. Biz hər gün necə Ermənistan mətbuatını izləyiriksə, ermənilər də bizimkini izləyir. Mən əminəm ki, növbəti beynəlxalq tədbirlərdə onlar deyəcəklər ki, Azərbaycan tərəfi qaçqınların status məsələsinə baxmaq istəyir. Ona görə də belə həssas məsələlərdə diqqətli olaq. Axı bilməyib soruşmaq eyib deyil. Biz bu gün 1 milyon 200 mindən çox artıq qaçqını niyə narahat etməliyik? Onlar onsuz da narahat və hər bir şeylərini itirmiş insandırlar. Bəlkə səsim uca çıxır, amma mən qışqırmaq istəmirəm. Sadəcə olaraq emosional insanam . Belə həssas məsələlərlə bağlı sakit danışa bilmirəm”.

Yeyinti məsələsinə isə gəldikdə isə, hər kəs öz adından danışmalıdır. Yemək, qaz, elektrik enerjisi ilə qaçqınlara verilən vəsaitlərlə bağlı fərq olmalıdır. Təbii ki, bu fərq olacaq. Çünki qaçqının bir hissəsi bulaq suyundan və kanal suyundan istifadə edir. Niyə də bu fərq olmasın? Bir qism qaçqınlar isə qazla təmin olunmayıb. Təbii ki, fərq olacaq. Sabah da müxalifət götürüb yazacaq ki, “Qaçqınkomda” yeyinti var”.

Ə.Həsənov onu da bildirib ki, qaçqın və məcburi köçkünlərlə bağlı bu yaxınlarda qərar olacaq: “Ancaq bunun maliyyə çətinliyi ilə heç bir əlaqəsi yoxdur. Dövlət bu kateqoriya insanlar üçün lazım olan vəsaiti tapacaq”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın