Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Qaçqınkom” FHN-i günahlandırır

“Qaçqınkom” FHN-i günahlandırır

Avqustun 8-də Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı “Energetiklər” yataqxanasında tavan çöküb. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü – Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb. Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir (trend). Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin qəza vəziyyətində olan binada məskunlaşmasına necə imkan verib? Bu suala cavab almaq üçün, biz Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin köməkçisi Zeynal Qasımova zəng etdik.

“Mən məzuniyyətdəyəm, buna görə də sizin suallarınıza cavab verə bilməyəcəyəm. Siz mətbuat xidmətinə müraciət edin”, – deyə Z.Qasımov bizə tövsiyə etdi. Təəssüf ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən də suallarımıza cavab verə bilmədilər. O zaman biz komitənin Tikinti-Təmir İdarəsinə zəng etdik.

“Yataqxanada təhlükəsizliyə biz yox, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyi məsuliyyət daşıyır. Ora da müraciət edin”, – idarənin əməkdaşları bizə bildirdilər. Biz FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinə də zəng etdik. “Qoy zərərçəkənlər agentliyə yazılı ərizə ilə müraciət etsinlər və bu ərizədə baş verən hadisə haqqında geniş məlumat versinlər”, – deyə agentliyin adını çəkmək istəməyən əməkdaşı Kavkaznews.az-a bildirdi.

“Deməli, onlar sizə ərizə ilə müraciət etməlidir və bu ərizəyə də bir neçə gün ərzində baxılacaq. Bu müddətdə isə yataqxana onların başına uçacaq”, – deyə qeyd etdik. “Bu qaydaları mən qoymamışam. Biz hər zəngə reaksiya verə bilmərik”, – deyə FHN əməkdaşı bildirdi. “Baş verən hadisə ilə bağlı bir çox saytlar yazıb”, – deyə Kavkaznews.az xatırlatdı. “Bizi saytların nə yazdığı maraqlandırmır”, — deyə agentlik əməkdaşı cavab verdi.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın