Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Qaçqın körpələrin yemək xərci niyə kəsilib? – Vahid Əhmədovdan cavab

Qaçqın körpələrin yemək xərci niyə kəsilib? – Vahid Əhmədovdan cavab

Xəbər verdiyimiz kimi, Azərbaycanda 2017-ci il yanvarın 1-dən etibarən doğulmuş məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.
Bununla bağlı “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a dəyişikliyin müvafiq hissəsi bu ayın sonundan tətbiq olunacaq.
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, aylıq müavinətin kəsilməsi 2017-ci ilin büdcəsində mövcud olan müəyyən gərginliklərlə bağlıdır: “Gərginliklə əlaqədar olaraq dövlət büdcəsinə müəyyən dəyişikliklər edilib. O cümlədən qaz və işığın qiyməti də buna görə artırıldı ki, müəyyən yardımlar olsun. Yanvarın 1-dən doğulmuş məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinətın verilməməsi də buna görədir. Həm dövlət, həm də hökumət bu məsələyə baxır. Yəqin ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun məlumatı var. Hazırda Milli Məclisdə büdcə müzakirələri gedir. Müzakirələr vaxtı bu məsələlərlə bağlı görək hansı qərarlar qəbul olunacaq”.
Vahid Əhmədov bu məsələnin parlamentdə müzakirə olunub-olunmayacağını dəqiq bilmədiyini deyib: “Mən dünən başqa məsələlərlə əlaqdar çıxışımı etmişəm. Amma bu məsələyə toxunmadım. Çünki iclas vaxtı bundan xəbərsiz idim”.(BakiPost.az)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın