Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Qəzada yaralanan tələbələrin hamısı evə buraxılıb

Qəzada yaralanan tələbələrin hamısı evə buraxılıb

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələblərin hamısı evə buraxılıb.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdəki tələblərin hamısı vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar.

Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 6-ı dünyasını dəyişib.dünyasını dəyişib, 20 nəfər isə yaralanmışdı.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın