Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Qənirə Paşayevanın qohumu kimi özünü təqdim edən şəxs jurnalisti təhdid edir

Qənirə Paşayevanın qohumu kimi özünü təqdim edən şəxs jurnalisti təhdid edir

Dosye.org saytın baş direktoru deputatın qohumu tərəfindən təhdid edilir.

Bu barədə sayta Elman Qənbərov özü məlumat veirb. Belə ki, özünün şəxsi facebook səhifəsində Qənirə Paşayeva ilə bağlı paylaşıma etiraz əlaməti olaraq, Elşən İsmayılov adlı facebook istifadəçisi təhqir və təhdid dolu mesajlarla E. Qənbərovu hədələyib. Mesajların sonun da mobil nömürəsini qeyd edən təhdidçi, görüşməyin vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Millət Vəkili Qənirə Paşayeva ilə telefon əlaqəsi yaratdıq. Hörmətli deputat baş verən məsələdən narahat olduğunu bildirməklə yanaşı, hüquq mühafizə orqanlarına müraciət etməyimizi tələb etdi. Əlbətdə ki, ölkədə məmur övladlarının və onların qohumları ilə bağlı ölkə başçısı öz tapşırıqlarını verib. Bütün bunlara baxmayaraq, vətəndaşları və jurnalistləri təhdid etmək və bu kimi halların baş verdiyinin şahidi oluruq. Elə bu səbəbdən, Elşən İsmayılovla bağlı DTX-nə və DİN-nə rəsmi müraciət olunacaq.

Dosye.org olaraq yuxarıda adı hallanan dövlət qurumlarından xahiş edirik ki, məsələnin ciddiliyini nəzərə alıb, Elşən İsmayılovun tapılması istiqamətində addımlar atsınlar.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …