Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Qəbiri dağıdıb yerini satıblar – Bakıda ağlasığmaz olay-VİDEO

Qəbiri dağıdıb yerini satıblar – Bakıda ağlasığmaz olay-VİDEO

Bakıda insanlığa yaraşmayan hadisə baş verib. Bayram öncəsi uşağının qəbrini ziyarət etməyə gələn ana, məzarı dəfn etdiyi yerdə tapmayıb. Daha doğrusu həmin yerdə başqa şəxsin dəfn edildiyini görüb.  Hadisə  Xətai rayonu Əhmədli qəbiristanlığında baş verib.

Tamahkarlıq buna da səbəb oldu, torpaq alverində sərhəd tanımayan şəxs qəbiri çıxarıb yerini satıb. Həmin şəxs qəbiristanlığın nəzarətçisidir.

Paytaxtın Xətai rayonu Əhmədli qəbiristanlığında baş vermiş hadisənin üstü bir neçə gün əvvəl açılıb.

Südabə Zeynalova qızı Rəna Zeynalova ilə birlikdə bayram günlərində 34 il əvvəl dünyasını dəyişmiş qızı Lalə Zeynalovanın məzarını ziyarət etmək üçün qəbirstanlığa gəlib. Amma onlar bir neçə saat qəbri axtarsa da tapa bilməyiblər.

Söhbət zamanı zərərçəkmişlər bildirdilər ki, müəyyən səbəblərdən son 4 ildə Lalə Zeynalovanın məzarını ziyarət edə bilkməyiblər. İndi onlar iddia edirlər ki, Lalə Zeynalovanın qəbri sökülüb, ölü qəbirdən çıxarılıb və həmin məzarın ərazisi başqa birinə satılıb. Çəkiliş apardığımız zaman qəbiristanlığa nəzarət edən Eynulla Məmmədovda əraziyə gəldi.

Mübahisənin sonunda Eynulla Məmmədov qadına göstərdiyi uşaq qəbrinin açılmasını və ”DNT” analizindən keçirilməsini təklif etdi.

Uzun sürən mübahisədən sonra Eynulla Məmmədov Südabə Zeynalovaya qəbrin yerini dəyişməsini etraf etdi. O, kamera qarşısında törətdiyi əməli danışmasa da bir müddət əvvəl uşağın meytini çıxarıb göstərdiyi yerdə dəfn etdiyini dedi.

Hüquqşünaslar məzarı qanunsuz açmağı qəbir üzərində təhqiredici hərəkətlər etmək, ictimai mənəviyyat əlehinə olan cinayət olduğunu deyirlər.

Artıq hadisə ilə bağlı Südabə Zeynalova Xətai rayon 34-cü polis bölməsinə məlumat verib. Təhqiqatçılar hadisə yerində müəyyən araşdırmalar aparıb və Eynulla Məmmədovu dindiriblər. Hadisəyə hüquqi qiyməti polisdə toplanmış material məhkəməyə göndərildikdən sonra veriləcək.

Xezerxeber.com

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın