Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Qəzet redaktorları KİVDF-in yeni icraçı direktoru ilə görüşüblərmi?

Qəzet redaktorları KİVDF-in yeni icraçı direktoru ilə görüşüblərmi?

Xəbər verdiyimiz kimi, aprel ayının 4-də Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru təyin edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Vüqar Səfərli vəzifəsindən azad edilib.

Bu gün isə KİVDF-nin yeni icraçı direktoru Əhməd İsmayılov bu gün jurnalistlər üçün tikilən 3-cü binaya baş çəkib. O, görülən işlərlə maraqlanıb, tapşırıqlarını verib. Xatırladaq ki, artıq 3-cü binanın tikintisi başa çatmaq üzərdir. Gözlənilir ki, iyulun 22-i – Mətbuat Gününə kimi mənzillər yeni sahiblərinə paylanacaq.

Bir neçə gün öncə isə Ə.İsmayılov rəhbəri olduğu qurumda bir sıra təyinatlar edib. Ə.İsmayılov rəhbəri olduğu qurumun 7 əməkdaşını işdən çıxarıb. İcraçı direktorun müvafiq əmri ilə işdən çıxarılanların yerinə təyinat olub.

Maraqlıdır, yeni təyinatdan sonrakı günlərdə müəyyən addımlar atan KİVDF-in icraçı direktoru qəzet redaktorları ilə də görüşübmü? Bu görüşdən media kapitanları nə gözləyirlər? 

 Rauf Arifoğlu: “Ümid edirəm ki, Əhməd İsmayılovun gəlişi mətbuat sektorunun yenidən canlanmasına səbəb olacaq” 
Nəticələri ləğv edilən Rauf Arifoğlu görün nələr yazdı

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu musavat.com-a açıqlamasında bildirdi ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yeni rəhbəri ilə görüşə bilməyib. Onun sözlərinə görə, buna səbəb ölkəmizdə və dünyada tüğyan edən koronavirus pandemiyasıdır: “Lakin çox görüşmək istərdim. Əslində tanışıq, mən Əhməd İsmayılovu tanıyıram. Media cameyəsinə yaxın bir adamdır. Bu sahədə çalışmış, işləmiş bir mütəxəssisdir. Ümid edirəm ki, onun gəlişi mətbuat sektorunun yenidən canlanmasına səbəb olacaq. Çünki o, önəmli bir quruma rəhbərlik edir. Əhməd bəyə uğurlar diləməklə bərabər, həm də özümüzə uğurlar diləyirəm. Çünki o, elə bir sahəyə rəhbərlik edir ki, onun uğuru jurnalistərin və mətbuatın da uğuru demək olacaq. Hesab edirəm ki, ölkəmizdə xüsusi karantin rejimi götürülən kimi bizim media rəhbərlərinin fondun yeni rəhbəri ilə görüşü baş tutacaq”. 

 Rəşad Məcid: “Yəqin  karantin bitəndən sonra yeni icraçı direktorun fikirləri ilə tanış olacağıq”
Oxu.az - Rəşad Məcid: Yalnız zəhərlənmiş beyinlər Anarın ...

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də Ə.İsmayılovla hələ tanış olmaq imkanının olmadığını bildirdi. O, yeni icraçı direktora indidən fəaliyyətində uğurlar arzuladığını dedi: “Düzü, bizim üçün də bir az təəccüblü oldu. Biz güman edirdik ki, yeni icraçı direktor mətbuatı tanıyan, yaxından bilən bir insan olacaq. Vüqar Səfərlini çox zaman qınayırdılar ki, mətbuatdan, jurnalistikadan uzaq adamdır. Amma indi daha mətbuatdan uzaq bir nəfər təyin oldundu. Mən elə bilirəm ki, yaxından tanıyacağıq. İnanıram ki, onun müstəqil Azərbaycan mətbuatı, azad mətbuatın inkişaf prosesləri, sevdiyi qəzetlər var. Güman ki, o, obyektiv qərarlar qəbul edəcək. Biz indi müşahidə edirik. Yəqin ki, karantin bitəndən sonra onun fikirləri ilə tanış olacağıq. Ümid edirəm ki, yaxşılığa doğru gedəcək”.

R.Məcid xatırlatdı ki, keçən ilin aprel aylarında fond tərəfindən qəzetlərin kateqoriyaya bölünməsi, “525-ci qəzet” və “Ədalət” qəzetlərinin ikinci növ qəzetlər sırasına salınması onları mənəvi cəhətdən əzmişdi. Onun sözlərinə görə, adıçəkilən qəzetlər Azərbaycan mətbuatında uzun illər tanınıb və müsbət qarşılanıb: “Ümid edirəm ki, yeni qərarlar qəbul ediləndə keçmişdə buraxılan səhvləri nəzərə alacaq yeni rəhbərlik. Öz sələfinin buraxdığı səhvləri təkrarlamayacaq. Əhməd İsmayılova uğurlar arzulayıram. İnşallah tanış olarıq”. 

İradə Tuncay: “Arzum budur ki, mətbuata çap mediası bazarının bir parçası kimi yox, həm də ideoloji işin bir parçası kimi baxacaq”
İradə Tuncay: “Həyatımla bağlı yanlış təsəvvürlər var” – BRİFİNQ

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay da bildirdi ki, KİVDF-in yeni rəhbəri ilə tanış olmayıb: “Bilmirəm, o da bizi tanıyırmı? İradə Tuncayı tanıyırmı?  Kimin, harda, hansı mövqedə olmasından asılı olmayaraq cəmiyyətin üzvlərinə necə münasibət bəsləməsi məsələsi var. Gözləntim budur ki, mətbuata çap mediası bazarının bir parçası kimi yox, həm də ideoloji işin bir parçası kimi baxacaq və bunu arzu edirəm”.

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …