Ana səhifə / Media / Qəzənfər Ağayev gözdən əlili necə başından edib… – ŞİKAYƏT VAR

Qəzənfər Ağayev gözdən əlili necə başından edib… – ŞİKAYƏT VAR

Astara rayonun Rüdəkənar kənd sakini Ülvi Quliyevin 3 qızı var. Xədicə 7-ci, Fatimə 6-cı, kiçik qızı Ruqiyyə isə 1-ci sinif şagirdidir.

«Uşaqların ayaqqabısı yoxdur»

Ülvi Quliyev deyir ki, uşaqlarından ikisini məktəbə göndərə bilməyib. Baxmayaraq ki, hər ikisi əlaçıdır. O, bunun səbəbini belə izah edir: «Uşaqların ayaqqabısı yoxdur. Dərs ləvazimatlarini ala bilməmişəm. İki il bundan əvvəl məktəbli formalarını almışam. Onda bu formaların hər birinə 45 manat pul vermişdim. İndi bahalaşıb, ala bilmirəm. Köhnə paltarla da keçinmək olar. Lakin qalan ləvazimatlarını almaq üçün heç olmasa 200 manat pul lazımdır. Elə məktəbli çantaları 20 manatdan yuxarıdır. Hardan gətirim alım?»

«Gözdən əliləm, yoldaşım heç yerdə işləmir».

Ülvi Quliyevin dediyinə görə, ailənin yeganə gəliri onun aldığı 135 manat pensiyadır: «Gözdən əliləm, buna görə 135 manat alıram. Yoldaşım heç yerdə işləmir. Onun üçün xadiməlik istədim, vermədilər. Ona da pul istəyirlər. İrana gedirdim 5-6 manat qazanırdım. İndi ayda bir dəfə buraxırlar İrana. O da heç nə. Ailənin qarşısında xəcalət çəkirəm. Uşaqlarım ayaqqabıya görə dərsə gedə bilmirlər. Münasib iş istəyirəm, ailəni dolandırım. Yoxdur. Bu il həyətyanı sahədən də bir şey əldə edə bilmədim»

Ülvi Quliyevin bildirdiyinə görə, rayon icra hakimiyyəti başçısının yanında olub. Ailə vəziyyətinin ağır olduğunu, uşaqlarının məktəbə gedə bilməyəcəklərini deyib: «Məni tapşırdı təhsil şöbəsinə. Telefon nömrələrimi götürdülər. Ondan sonra məni axtaran olmadı. Kiçik qızım Ruqiyyə bu il birinci sinfə gedir. Borc-xərc edib onun üçün məktəbli formasını, çanta, dərs ləvazimatlarını və digər lazım olanları aldım. Bu gün (dünən, sentyabrın 15-də) onu kənd orta məktəbinə dərsə göndərdik. Lakin ikisi qaldı».

«Yaşıdlarım hamısı məktəbə getdi, mən qaldım».

Onun qızı, 6-cı sinif şagirdi Fatimə Quliyeva da məktəbə gedə bilməməsini belə nəql edir: «Ayaqqabım yoxdur. Bacımın da ayaqqabısı yoxdur. Heç nəyim yoxdur. Dərs ilin birinci günündə evdə qaldıq. Mən isə dərsə getmək istəyirəm. Yaşıdlarım hamısı məktəbə getdi, mən qaldım. Bilmirəm haçana kimi belə olacaq».

Rüdəkənar kənd orta məktəbində bizə bildirdilər ki, Quliyeva bacıları nümunəvi şagirddirlər və həmişə təhsildə fərqləniblər.

Vəd…

Fatimə Quliyeva danışdıqca gözlərindən yaş gəlir. Özünü hıcqırıqdan güclə saxlayır. Quliyevlərin yaşadığı ev də yarımtikilidir. Ülvi Quliyev deyir ki, evi tamamlamaq heç ağlına gəlmir. Qaz və işıq pullarını belə verə bilmir. Onun istəyi qısa müddətdə uşaqlarına ayaqqabı almaqdır.

Astara rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, Ülvi Quliyev onlara yenidən müraciət etsin. Quliyevlərə kömək etməyi vəd etdilər.

Qəzənfər Ağayev gözdən əlili necə başından edib...

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın