Ana səhifə / Media / Qəbul imtahanına ödənişlə bağlı təklif Tarif Şurasına təqdim ediləcək

Qəbul imtahanına ödənişlə bağlı təklif Tarif Şurasına təqdim ediləcək

“Hazırda dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləği müəyyənləşdirilir, qiymətlər müzakirə olunur”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qəbul imtahanlarında iştirakla bağlı tariflər DİM-in Direktorlar Şurasının iclasında müzakirə olunub: “Hazırda sənədlər Tarif (qiymət) Şurasında təqdim olunmayıb. Lakin bu ay ərzində təqdim edilməsi nəzərdə tutulub”.

M.Abbaszadə qəbul imtahanında iştirak zamanı ödəniləcək konkret tarifi açıqlamasa da qeyd edib ki, indiyə qədər dövlət büdcəsindən hər bir şəxs üçün çəkilən xərc daxil olmaqla, onun üzərinə 18% əlavə dəyər vergisi gələcək: “Əlavə dəyər vergisi tətbiq olunmalıdır, çünki biz artıq dövlət orqanı yox, publik hüquqi şəxsik”. DİM-in Direktorlar Şurasının sədri buraxılış imtahanlarında iştirakın pullu olmasına da münasibət bildirib: “Buraxılış imtahanları dövlət büdcəsi hesabına keçiriləcək. Hazırda büdcədən bu vəsaitin hansı formada bizə verilməsi müzakirə olunur”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın