Ana səhifə / Media / Qəbristanlıqda 5 məzarın başdaşıları sındırıldı – VİDEO

Qəbristanlıqda 5 məzarın başdaşıları sındırıldı – VİDEO

İmişli rayonun Qızılkənd qəbristanlığında 5 məzarın baş daşı naməlum şəxslər tərəfindən yerə aşırdılaraq sındırılıb. Hadisəni törədənlər qəbrstanlıqda mövcud olan kümbəzin qapısındakı qıfılı sındırıb içəri daxil olmaq isdəsələr də, buna nail ola bilməyiblər. 
Kənd sakinləri baş daşıların sindırılması faktını səhər saatlarında yaxınlarının məzarlarını ziyarətə gələrkən aşkarlayıbla. Onlar dağıdılan məzar daşlarının müxtəlif ailələrin dünyasını dəyişə üzvülərinə məxsus olduğunu bildiriblər.
Sakinlər 1974-cu ildə salına qəbristanlıqda bu cür hadisə ilə ilk dəfə qarşılaşdıqlarını deyirlər. “5 qəbrin heç biri, bir-birinə uyğun gələn adamların deyil. Gülmalıyev mənim qardaşımın qəbridir. Mənim atamın xalası oğlunun qəbri də sınıb” deyə kənd sakini Qismət Gülmalıyev bildirir Sakinlər hadisənin hansı səbəbdən törədildiyini bilmədikləri deyiblər. Onların yeganə isdəyi bu əməli törədənlərin məsuliyyətə cəlb edilməsidir. “Sadəcə olaraq müəmmadı bizim üçün. Bu qəbirlər bir nəsilə aid deyek  ki, deyək ki, kimlərəsə nəsə eliyiblər, gəlib əvəz çıxırlar” deyə kənd sakini Yadigar Əmiraslanov bildirib. “O mənim atamın qəbridir. Bizə qaranlıqdır ki, kim eləyibdir. Ədavətimiz olan adam da yoxdu ki, deyək onlar eləyib” deyə kənd skini Elçin Xudayev bildirib.
Sakinlər hadisəylə bağlı aidiyyatı qurumlara məlumat verildiyini və araşdırmanın aparıldığını bildiriblər. (Region TV)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın