Şənbə , Noyabr 28 2020
Ana səhifə / Media / Qəbələdə isti və küləkli hava meşə yanğınlarını sürətləndirir

Qəbələdə isti və küləkli hava meşə yanğınlarını sürətləndirir

Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, isti və küləkli hava şəraiti alovun söndürülməsinə çətinlik yaradır. Hazırda yanğın 1,5 hektar ərazini əhatə edib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin canlı qüvvəsi və texnikası ilə yanaşı helikopter də cəlb olunub.

Həmçinin oxuyun

“Qafqazın Xirosiması” – “France-24” Ağdamdan reportaj hazırladı – VİDEO

Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 …

Bir cavab yazın