Şənbə , İyun 6 2020
Ana səhifə / Media / Putinlə gürcü jurnalist arasında gərgin anlar yaşanıb

Putinlə gürcü jurnalist arasında gərgin anlar yaşanıb

Rusiya Prezidenti Vladimir Putinlə Gürcüstanın “Rustavi 2” telekanalının əməkdaşı arasında gərgin anlar yaşanıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasından öncə gürcü jurnalist V. Putinə Rusiyanın qoşunlarını Abxaziya və Cənubi Osetiyadan nə vaxt çıxaracağı ilə bağlı sual ünvanlayıb.

V. Putin gürcü jurnalistə “Nə vaxt belə qərar versək”, – deyə bildirib.

Bundan sonra, jurnalist replika ilə cavab verib ki, Rusiya bu öhdəliyi öz üzərinə götürüb.

V. Putin isə cavabında “Biz hər zaman öhdəliklərimizi yerinə yetiririk” – deyə qeyd edib.

“Rustavi 2” telekanalının əməkdaşı mühafizəçilər tərəfindən ərazidən uzaqlaşdırılıb.

Həmçinin oxuyun

TƏBİB sədrindən jurnalistlərə müraciət

Həftəsonu iki gün insanlar evdə qaldığı üçün televiziya və radioda maraqlı verilişlərin olması tövsiyyə olunandır. …