Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Media / Putini söyən televiziya kanalı satışa çıxarıldı

Putini söyən televiziya kanalı satışa çıxarıldı

Gürcüstanın “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə televiziyanın sahibi Kibar Xalvaşi bəyanat yayıb. 
Maliyyə böhranı ilə üz-üzə olan kanal ən yüksək qiymət təklif edən şəxsə satılacaq. “Rustavi 2”ni almağa iddialı olanlar minimum 1 milyon dollar bank zəmanəti təqdim etməli olacaq.
Xatırladaq ki, bir müddət əvvəl “Rustavi 2” efirində Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz sözlər deyilmiş, bu, böyük qalmaqala və kanal qarşısında etiraza səbəb olmuşdu.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …