Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Media / Prokurorluq daha bir baş redaktora xəbərdarlıq etdi

Prokurorluq daha bir baş redaktora xəbərdarlıq etdi

Tanınmış şair-publisist, Ovqat.com saytının baş redaktoru Heydər Oğuz bu gün günorta saatlarında Baş Prokurorluğa çağrılaraq, bir neçə saat sorğu-suala tutulduqdan sonra rəsmi xəbərdarlıq edilməklə sərbəst buraxılıb.

​Strateq.az xəbər verir ki, Heydər Oğuzun Prokurorluğa çağrılmasına səbəb onun Beynəlxalq Bankın hazırda həbsdə olan sədri Cahangir Hacıyevdən götürdüyü yazılı müsahibəni yayması olub.

Xatırladaq ki, Cahangir Hacıyevin müsahibəsinin yayımlanmış birinci hissəsində daha çox hazırki maliyyə naziri Samir Şərifov hədəf seçilib.

Heydər Oğuzun dediyinə görə, onu Baş prokurorun I müavini Rüstəm Usubov qəbul edib, müsahibənin necə götürüldüyü ilə maraqlanıb və sonda da ona rəsmi xəbərdarlıq edib.

Azinforum.az

Həmçinin oxuyun

“Associated Press” İlham Əliyevin xalqa müraciətindən yazdı

Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, …