Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Media / Prezidentin azərbaycanlı jurnalistlə səmimi görüşü – VİDEO

Prezidentin azərbaycanlı jurnalistlə səmimi görüşü – VİDEO

Xəbər verdiyimiz kimi sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edir.

Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edir.

Prezident İlham Əliyev çıxışdan öncə Real TV-nin canlı yayımı zamanı aparıcıya əlini uzadaraq görüşüb. Bu səhnə maraqla qarşılanıb.

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Frealtvxeber%2Fvideos%2F493235256004057%2F&show_text=false&width=560&t=0

Həmçinin oxuyun

Reyestrə düşən jurnalistlərə 3 gün ərzində vəsiqə veriləcək

Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, …