Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Prezident yol tikintisinə pul ayırdı – 8,5 milyon

Prezident yol tikintisinə pul ayırdı – 8,5 milyon

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 87 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,5 milyon manat ayrılır.

Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın