Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Prezident tapşırıq verdi – Gürcüstana traktorlar göndərildi

Prezident tapşırıq verdi – Gürcüstana traktorlar göndərildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq AbdullayevGürcüstana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə GəncəAvtomobil Zavodunun istehsalı olan 8 yeni “Belarus” traktorunu Kvemo Kartli regionunun nümayəndələrinə təhvil verib.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, İlham Əliyev ötən ilin noyabr ayında Gürcüstana səfəri zamanı Kvemo Kartli regionunun sakinləri ilə görüşündə regionun kənd təsərrüfatının inkişafı ilə bağlı mümkün yardımın göstəriləcəyini bildirmişdi. Prezidentin tapşırığına əsasən bu ilin mart ayında 10 ədəd “Belarus” traktoru və qoşqular Rustavi şəhərində Kvemo Kartli regionunun rəhbərliyinə təhvil verilmişdi. Bu gün daha 8 ədəd traktor və 8 aqreqat komplekti Marneuli rayonuna verilib.

Mərasimdə Gürcüstanın energetika naziri Kaxa Kaladze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, Kvemo Kartli bölgəsinin qubernatoru və digər rəsmi şəxslər iştirak ediblər.

Prezident tapşırıq verdi  -  Gürcüstana traktorlar göndərildi
Prezident tapşırıq verdi  -  Gürcüstana traktorlar göndərildi
Əlaqə üçün E-mail: [email protected]

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın