Ana səhifə / Media / Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi

Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Rauf Arifoğlu Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə təltif olunub. 

Yubiley medalını Rauf Arifoğlu və bir qurup ictimai xadimə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib. 

Təqdimat mərasimində çıxış edən Rauf Arifoğlu ali təltifə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O deyib ki, bu ali mükafat ona və rəhbərlik etdiyi media qrupa olan yüksək etimadın, inamın göstəricisidir. Müzəffər Ali Baş Komandan, Azərbaycanı qələbələrə, zəfərlərə çıxartmış İlham Əliyevin imzası ilə belə bir mükafata layiq görülmək onun üçün şərəfdir. Heydər Əliyev kimi böyük siyasətçinin, Azərbaycan dövlətinin qoruyucusunun və bugünkü zəfərlərimizin əsasını qoyan ümummilli liderin adını daşıyan medala layiq görülmək həm də böyük məsuliyyət yaradır. Bu məsuliyyətin fərqində olaraq, Azərbaycan dövlətinə və dünya türklüyünün maraqlarına xidmətə davam edəcəyik. 

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı Azərbaycanın mövcud olan medalları sırasında statusuna görə birincidir.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …