Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Prezident: “Bakıda bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək”

Prezident: “Bakıda bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək”

“İnşaat sektorunun canlanması müşahidə olunur. İndi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır.”

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının yekun nitqində bildirib.
Dövlət başçısı bununla şəhərimizin daha da gözəlləşdiyini və abadlaşdığını xüsusilə vurğulayıb.
Prezident diqqətə çatdırıb ki, yararsız, qəzalı binalardan vətəndaşlar köçürülərkən, müvəqqəti olaraq onlara kirayə pulu verilir: “Tikiləcək yeni binalarda isə vətəndaşlara daha böyük ölçüdə mənzillər veriləcək. Qəzalı binaların hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası da nəzərdə tutulur. Bu, mənim xüsusi göstərişim idi. Beləliklə, ancaq bu yolla Bakı şəhərində bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın