Ana səhifə / Media / Prezidentə müraciət edən jurnalistin problemi həll olundu

Prezidentə müraciət edən jurnalistin problemi həll olundu

“Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimovun mənzil problemi ilə bağlı prezident İlham Əliyevə etdiyi müraciət müsbət nəticə verib.

Bu haqda qəzetin baş redaktoru Bahəddin Həziyev məlumat verib.

O, bildirib ki, bu gün Ramidi İbrahimovu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə dəvət ediblər və ona Qobu Park-da məcburi köçkünlər üçün inşa olunmuş binada mənzil ayrıldığını bildiriblər:

“Ramid İbrahimovun ailəsi və özü 1993-cü ildə Füzuli rayonunun işğalı nəticəsində məcburi köçkün düşüb. Bu yaxınlada ailə quran Ramidin həyat yoldaşı da, həyat yoldaşının valideynləri də məcburi köçkündürlər. 

Ramid özü də, həyat yoldaşı da Bakı şəhərində işləyirlər və kirayədə yaşayırlar. Çox çətinlik çəkirdilər. Müraciətə müsbət cavab verdiyi, gənc ailənin probleminə həssaslıq göstərdiyi üçün Prezident İlham Əliyevə kollektivimiz adından təşəkkür edirəm. Müvafiq qurumların rəhbərlərinə və bizə dəstək göstərmiş bütün həmkar dostlara – dəyərli media quruluşlarına, zəhməti keçən bütün jurnalistlərə təşəkkür edirəm”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …