Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Polisin saxladığı sürücü: “Bir manatın dalına düşmüşük də, nə deyim?” – VİDEO

Polisin saxladığı sürücü: “Bir manatın dalına düşmüşük də, nə deyim?” – VİDEO

Sabirabad rayonunda Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən reyd keçirildi.

Yol hərəkəti qaydalarını pozan sürücülərin idarə etdikləri avtomobillər saxlanıldı. Avtomobili sürücülük hüququ olmadan,sərxoş halda idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürət həddini aşan, ötmə qaydalarını pozan sürücülərə barəsində protokollar tətbiq edildi. Avtomobildə görməni tam məhdudlaşdıran pərdələrdən istifadə edən və nəqliyyat vasitəsinin konstruksiyasına digər dəyişikliklər edən sürücülər barəsində də tədbirlər görüldü. Bu zaman polis əməkdaşları ilə sürücülər arasında maraqlı məqamlar yaşandı.

Polis əməkdaşı sürücülərdən birinə deyib: Olmaz

Sürücü: Nə olmaz

Polis: Plyonka

Sürücü: Olmaz çıxart

Polis əməkdaşı digər sürücüyə isə deyib: İnzibati qaydada cərimə olunacaqsınız. Bu reklamla bağlı nə deyə bilərsiniz”.

Sürücü: Reklamdır da! Bir manatın dalına düşmüşük də, nə deyim? Heç nə.

Dövlət Yol Polisi Bölməsinin baş inspektoru Rasim Əliyevin sözlərinə görə, reydlərin keçirilməsinin əsas məqsədi, nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, o cümlədən kobud surətdə qaydaları pozan sürücülərin aşkarlanmasıdır.

Reydlər davam etdiriləcək. (Region TV)

13 (1)45 (1)

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın