Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Pensiyaların verilməsini yeni banklara etibar etmirlər

Pensiyaların verilməsini yeni banklara etibar etmirlər

“May ayının pensiyalarının verilməsi yenə də qrafikdən öncə başlayacaq. Pensiyalar mayın 1-dən ödəniləcək. Müvafiq banklarla bu barədə danışmışıq. Maliyyələşmədə və nəğd pul vəsaiti ilə təminatda heç bir problem olmayacaq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

O, qeyd edib ki, banklar qarşısında pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi öhdəliyini qoyublar: “Bu onlar üçün əlavə öhdəliklərdir. Banklar öz qrafiklərində dəyişikliklər etməli olurlar. Bu layihə həmişə sosial layihə kimi qiymətləndirilib və çox yüksək səviyyədə yerinə yetirilib”.

Fond sədri bildirib ki, Azərbaycanda pensiyaların ödənilməsi prosesi “Satınalmalar haqqında” qanuna uyğun olaraq keçirilən tender vasitəsilə reallaşdırılır: “Ötən dövrdə keçirilən tenderdə Beynəlxalq Bank və Kapital Bank qalib olub. Hazırda pensiyaların ödənilməsi prosesi bu iki bank tərəfindən reallaşdırılır. Hər iki bank üzərinə düşən öhdəlikləri yüksək səviyyədə icra edir”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın