Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Media / Pensiyalar yenə artacaq

Pensiyalar yenə artacaq

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev pensiyaların artımı ilə bağlı məsələnin təfərrüatlarını açıqlayıb.

DSMF sədri açıqlamasında bildirib ki, pensiyalar bir qədər də artacaq və uşağa qulluğa görə verilən müavinətlərin də artırılması istiqamətində işlər gedir: “Pensiyaların baza hissəsinin fevralın birindən artırılması ilə bağlı cənab prezidentin verdiyi sərəncamın icrasından irəli gələn vəzifələr Dövlət Sosial Müdafiə Fondu tərəfindən artıq yekunlaşmaq üzrədir. Fevral ayınını pensiyaları ödənilərkən vətəndaşlarımız bunu artımla birgə alacaqlar.

Buna paralel olaraq, pensiyaların sığorta hissəsinin indeksləşdirilməsilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq müvafiq təkliflər hazırlanmaqdadır. Yəqin ki, yaxın dövrdə qəbul ediləcək qərarların icrası da avtomatlaşdırılmış rejimdə tərəfimizdən yerinə yetirilləcək. Eyni zamanda buna paralel olaraq uşağa qulluğa görə verilən müavinətlərin də artırılması üçün müəyyən təkliflər hazırlayırıq. Bu da əhəmiyyətli bir artımı ifadə edəcək”.

Həmçinin oxuyun

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz …

Bir cavab yazın