Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Pedaqoji Kollecin də zamanı bitib”

“Pedaqoji Kollecin də zamanı bitib”

Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilməsinə dair sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, iki ali təhsil müəssisəsinin birləşdirilməsində məqsəd pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək, ali təhsil müəssisələrinin sayının optimallaşdırılması, mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaqdır.

Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev aim.az-a prezidentin sərəncamını yüksək qiymətləndirdiyini deyib:  “Çox məqsədəuyğun və lazımlı bir sərəncamdır. Bilirsiz, Müəllimlər İnstitutu (Mİ) pedaqoji kadrların ixtisasartırma kursu bazasında yaradılmışdı. Məqsəd də bu idi ki, institut həm bu fəaliyyəti davam etdirsin, həm də ibtidai siniflər üçün pedaqoji kadr hazırlığında iştirak etsin. Və yeni yaranan, müasir tələblərə cavab verən təhsil müəssisəsi olaraq yeni metodikaların hazırlanmasına yardımçı olsun və regionları da əhatə etsin. Bu amillər nəzərə alınaraq Mİ-nin regionlarda filialları da yaradıldı. Amma bir müddət sonra məlum oldu ki, bu filiallar formal xarakter daşıyır, təmənnalı münasibətlər var və s. İnstitutun fəaliyyəti araşdırıldıqda da məlum olurdu ki, o, gözlənilən nəticəni vermir, üzərinə düşən vəzifələri lazımi şəkildə yerinə yetirmir. İnstitutun rektoru Aqiyə Naxçıvanlı da millət vəkili seçildi. Görünür, belə məsləhət oldu ki, institut təxminən bir əsrlik təcrübəsi olan Pedaqoji Universitetə birləşdirilsin. Yəni, eyni təyinatlı iki ali təhsil müəssisəsinin olmasındansa, böyük təcrübəyə malik təhsil ocağının genişləndirilməsi daha məqsədəuyğundur. Ona görə də hesab edirəm ki, tamamilə doğru verilmiş qərardır.”
Ə.Ağayev Pedaqoji Universitetin bazasının bundan sonra daha da genişləndiriləcəyi qənaətindədir:
“Universitet çox geniş məfhumdur. Burda hər fakültənin özünün tədris laboratoriyası, kampusu olmalıdır. Müəllimlər İnstitutunun ləğv edilməsi ilə Pedaqoji Universitetin üzərinə daha da böyük məsuliyyət düşür. Universitet pedaqoji kadr hazırlığını genişləndirməlidir.”
Ə.Ağayev Müəllimlər İnstitutu tələbələrinin gələcək taleyi ilə bağlı narahatlığa əsas olmadığını da dedi: “Burada çətin bir iş yoxdur. Müəllimlər İnstitutunun tələbələri təbii ki, təhsil aldıqları ixtisaslar üzrə Pedaqoji Universitetə köçürülücəklər. Filiallarda təhsil alanlar da Pedaqoji Universitetin filiallarında təhsillərini davam etdirəcəklər. Məsələn, Pedaqoji Universitetin Şamaxı filialı vardı, Müəllimlər İnstitutu yaradılanda, vermişdilər onun tərkibinə. Yəqin, indi yenidən Universitetə qaytarılacaq. Aqiyə xanımın görünən işi bu oldu ki, bütün filialları yaxşıca təmir etdirdi. İki ali təhsil müəssisəsinin birləşdirilməsi ilə pedaqoji ixtisaslara plan yerlərinin artırılıb-artırılmayacağı isə gələcəyin işidir. Əgər tələbatın olduğu müəyyənləşərsə, müəllim kadrlarına ehtiyac duyulursa, qəbul planında dəyişiklik edilə bilər.”
Ə.Ağayev hazırda pedaqoji təmayüllü daha bir neçə ali təhsil müəssisəsinin olduğunu bildirdi:
“Pedaqoji təmayüllü institutlar var. Slavyan Universiteti, Dillər Universiteti əslində pedaqoji təmayüllüdür, amma fərqlilikləri də var. İxtisaslar baxımından fərqlənirlər. Amma müstəqil təhsil müəssisəsi kimi lazımsız görünür. Elə onu da Pedaqoji Universitetin tərkibinə qatsalar, yaxşıdır. Çünki kolleclər zamanı bitib artıq. Bu müəssisə müasir tələblərə cavab vermir. Haqqında da müxtəlif “əfsanələr” dolaşır.”

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın