Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Partiyaların mətbuat xidmətləri necə işləyir?

Partiyaların mətbuat xidmətləri necə işləyir?

Uzun illərdir YAP-ın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Hüseyn Paşayev tutduğu vəzifədən azad edilib. Paşayevin yerinə hələlik təyinat olmayıb.

Bununla bağlı verilən açıqlamada bildirilir ki, Mərkəzi Seçki Komissiyasının üzvü seçildiyi üçün Hüseyn Paşayev vəzifəsindən azad edilib. Lakin qeyd edək ki, Paşayev hələ bir neçə il öncə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdi. Ötən 5 ildə Hüseyn Paşayev MSK-nın üzvü olsa da, bu vəzifəsində də qalırdı. Amma bu dəfə MSK-dakı vəzifəsini saxlasa da, YAP-dakı vəzifəsindən azad edildi.

Hüseyn Paşayevin işindən uzaqlaşdırılmasının əsl səbəbi nədir? Ümumiyyətlə, partiyaların mətbuat xidmətləri necə işləməlidir?

Mövzu ilə bağlı millət vəkili, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov “Yeni Müsavat”a danışıb: “İlk öncə qeyd edim ki, bu ilin mart ayının 5-də hakim partiyanın 7-ci qurultayında cənab Prezidentin həm giriş, həm də yekun nitqində əsas tezis o idi ki, ölkədə hərtərəfli, dərinləşən islahatlar kursu həyata keçirilməkdədir. 2018-ci ildə Prezident seçkilərindən sonra bu kursun yeni dalğası başlayıb. Qeyd edim ki, bu kurs bütün sahələrdə islahatları, eyni zamanda kadr islahatlarını da özündə ehtiva edir. YAP-da müəyyən islahatlar aparıldı, belə ki, partiyanın Siyasi Şurası ləğv edildi, İdarə Heyəti 40 nəfərdən, Nəzarət Təftiş Komissiyası 13 nəfərdən ibarət oldu, yeni Ağsaqqallar Şurası yaradıldı. Diqqət etsəniz görərsiniz ki, artıq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yüksək rütbəli məmurlarının partiyanın İdarə Heyətində təmsilçiliyi yoxdur. Eyni zamanda bu qurultaydan sonra partiyanın Mərkəzi Aparatının özündə də struktur islahatları başlanıldı, bu istiqamətdə işlərin əsası qoyuldu. Cənab Prezident tərəfindən partiyanın yeni proqramının hazırlaması, ərsəyə gətirilməsi hədəf kimi müəyyən edildi və indi bu istiqamətdə işlər yekunlaşma mərhələsindədir.

Deputat Elman Nəsirov: "Demədiyim sözləri adıma çıxarırlar" | Report.az

Elman Nəsirov

Xüsusi islahatlar nəticəsində partiyada şöbələrin yaradılması nəzərdən keçirildi. Həmçinin partiyaya yeni kadrların cəlb edilməsi, savadlı, milli dəyərlərə söykənən, xarici dilləri bilən və ən başlıcası vətənpərvər gənclərin irəli çəkilməsi prosesi getməkdədir. O ki qaldı konkret olaraq partiyanın mətbuat katibinin işdən uzaqlaşdırılmasına, qeyd edim ki, Hüseyn Paşayevi çoxdan, hələ Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil aldığımız zamanlardan tanıyıram. Hüseyn Paşayev çox savadlı, üzərində daim işləyən, innovativ  düşüncəli insan kimi yaddaşımda həkk olunub. Paşayev həmçinin tarix elmləri üzrə fəlsəfə doktorudur və elmi sahəsində də böyük həvəsi olub. İndi partiyanın nizamnaməsində də dəyişikliklər var. Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, partiya strukturlarında çalışan insanların əlavə iş yerlərində çalışması  onların partiya işinə diqqət ayırmasına mane olur. Hesab edirəm ki, rayon təşkilatlarının sədrləri məsələsinə də baxılacaq.

Hüseyn Paşayev: Yeni Azərbaycan Partiyasının rayon, şəhər təşkilatları və  fəalları Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasını davam etdirir

Bildiyiniz kimi, Hüseyn Paşayev həm də MSK-nın üzvüdür. Həm MSK-da təmsilçilik, həm də partiyada mətbuat xidmətinin rəhbəri olmaq partiyanın nizamnaməsinin indiki şərtlərinə uyğun gəlmir. Ona görə də hesab edirəm ki, Hüseyn Paşayevin partiyadakı işindən çıxarılmasına yeganə səbəb partiya nizamnaməsinə uyğun olaraq atılmış addımdır. Hüseyn Paşayev bütün güc və bacarığını məhz MSK-da YAP-ı təmsil etməklə reallaşdıracaq”.

Partiyası qeydə alınan Tural Abbaslı:

Tural Abbaslı 

AĞ Partiya sədri Tural Abbaslı qeyd etdi ki, partiyaların mətbuat xidmətlərinin fəaliyyəti çox ciddi məsələdir: “XXI əsrdə görülən işdən çox əsas onun təqdimatıdır. Mətbuat xidməti də bu işə baxmalıdır, yəni çalışmalıdır ki, partiyanın mövqeyi, yanaşması hər zaman gündəmdə, mətbuatda olsun. Lakin təəssüf ki, bir çox partiyalar bu işə həvəskar, protokol qaydasında yanaşır. Adətən müraciətləri daha çox verirlər. Yəni özləri təşəbbüs göstərib, pres-reliz yaymaq kimi ənənələrə həvəs göstərmirlər.  Öz partiyamıza gəldikdə isə çalışırıq ki, bu işləri qaydasında tənzimləyək. Bildiyiniz kimi, partiyamızın mətbuat məsələləri üzrə müavini Cavanşir Abbaslıdır. O, həm də ”Yeni Müsavat”ın jurnalistidir, buna görə də mətbuat xidməti ilə bağlı işi bilir. Mətbuat xidmətinə baxan şəxsin həm yetərincə əlaqələri olmalı, həm də siyasi proseslərdən məlumatı olmalıdır ki, bu məsələləri təşkil edə bilsin”.

Tural Abbaslı təmsil etdiyi partiyanın mətbuat xidmətinin rəhbərindən razı olduğunu qeyd etdi: “Hələlik partiyamızın mətbuat xidmətinin fəaliyyətindən qismən də olsa razıyam. Təbii ki, çatışmazlıq hər yerdə var. Amma düşünürəm ki, biz də bəzi nüansları təkmilləşdirməliyik, çünki indi 21-ci əsr informasiya əsridir”.

Azerbaijani Popular Front Party headed by Razi Nurullayev renamed

Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də mətbuat xidmətinin işindən narazı olmadığını bildirdi: “Bizim partiyanın mətbuat xidmətinin rəhbəri Vüsal Qarayevdir. Onun işindən narazı deyilik. Vüsal Qarayev həm də ”Tor TV” internet televiziyasının rəhbəridir. Beləliklə, partiyanın məlumatları, videolarınının yayılmasını təşkil edir, həmçinin partiyamızın sosial şəbəkələrdəki səhifələrində aktivlik nümayiş etdirir. Yəni deyə bilərəm ki, bizdə partiyanın mətbuat xidməti işləyir. Lakin ümumilikdə, Azərbaycanda siyasi partiyaların mətbuat xidmətləri əslində birbaşa işləri ilə məşğul olmurlar. Sadəcə, ilk təyin olunanda müəyyən fəallıq göstərirlər, sonra da həvəsdən düşür, motivasiyaları olmur, stimulları yaranmır. Buna səbəb olan amillərdən biri də budur ki, partiyalar arasında da münasibətlər yaxşı deyil, əməkdaşlıq yoxdur, görüşlər keçirilmir. Nəticədə mətbuat xidmətinin də işi çox olmur.  Partiyaların mətbuat xidmətlərinin zəif olmasının bir səbəbi də jurnalistlərdir. Çünki jurnalistlər daha çox partiyanın sədrləri ilə əlaqə saxlayır, açıqlama, mövqe alır. Hətta bəzən partiya sədri olaraq onları mətbuat xidmətinə yönləndirəndə bir qədər də inciyirlər, məhz bizdən açıqlama almaq istəyirlər. Və yaxud mətbuat xidmətləri jurnalistlərə məlumatlar göndərəndə jurnalistlər onu dərc etməkdə maraqlı olmurlar.  Beləliklə, bütün bunların hamısının obyektiv səbəbləri var. Buna görə də mətbuat xidmətlərindən inciməyə dəyməz”.

Fərəc Quliyev ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət etdi

Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə ilk öncə hakim partiyanın mətbuat katibinin işdən çıxarılmasına münasibət bildirdi:  “Düşünürəm ki, YAP-ın mətbuat xidmətində baş verən dəyişiklik MSK-ya görə olub. Çünki Hüseyn Paşayev paralel olaraq, MSK-da da çalışırdı. Hər halda, hesab  edirəm ki, gec də olsa düzgün qərar idi. Yəni MSK-da çalışanın tam tərəfsiz olması baxımdan bu qərar yerində oldu. Ümumilikdə partiyaların mətbuat xidmətlərinin işinə gəldikdə isə bu ayrı-ayrılıqda iş sayılır. Hər kəs bu işi özünün bildiyi formada qura bilir. Elə partiyalar var ki, onların kifayət qədər əlaqələri, həmçinin özünün mətbuat orqanları və yaxud mətbuat orqanları ilə müqavilələri var. Təbliğat işinin hansı formada qurulması əslində mətbuat katibinin çərçivəsini müəyyənləşdirir.  Bizim partiyanın işlərinin görülməsində o qədər də xüsusi fərq yoxdur. Daha çox sosial şəbəkələrdə, mətbuatda aktivik. Çalışırıq ki, mətbuatla ciddi şəkildə əlaqələrimiz olsun. Biz heç nəyi gizlətmirik. Yəni partiya daxilində  baş verən məsələləri daim işıqlandırmağa çalışırıq. Daha çox  ölkədaxili məsələlərə, problemlərə münasibət bildirməyə, ictimai rəyin, elektoratımızın düzgün formalaşmasında iştirak etməyə çalışırıq. Bu çox mühüm məsələdir”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …