Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Media / Park fontanqarışıq söküldü, yol çəkildi, Şah Xətai qaldı ortalıqda

Park fontanqarışıq söküldü, yol çəkildi, Şah Xətai qaldı ortalıqda

Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində, mərkəzində Xətainin heykəli qoyulan park-fəvvarə kompleksi iki həftə əvvəl üçün söküldü. Həmin kompleks 2015-ci ildə istifadəyə verilmişdi. Əvəzində “Azəravtoyol” ASC parkın ərazisi hesabına Y. Səfərov küçəsinin bir neçə əlavə zolaqla genişləndirilməsi üçün işlərə başladı.

Virtualaz.org xəbər verir ki, artıq dağıdılan parkın yerində yeni yolayırıcının tikintisi başa çatmaq üzrədir. Hazırda  yolun qrunt hissəsinin döşənməsi tamamlanır, asfaltlama başlayır. Ancaq sökülən parkda qoyulmuş Şah İsmayl Xətai heykəli hələ yerindədir. Qılıncını dizinin üstünə qoyub dərin fikrə dalmış Şah ətrafı bürümüş tozanaqla heç cür uzlaşmır.

Kompleksin uçurulub dağıdılmasından sonra heykəlin gələcək aqibətini hələ heç kim bilmir. Bir müddət öncə heykəlin yaxınlıqda yerləşən “Lalələr” parkına köçürüləcəyi deyilsə də, bu məlumat öz təsdiqini tapmadı.

Heykəlin köçürülməsini isə heç bir dövlət orqanı öz üzərinə götürmək istəmir. Xətai Rayon İcra Hakimiyyəti bunu Mədəniyyət və Turizm Nazirliyinin üzərinə, nazirlik isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) üzərinə atır. Xətai rayon icra hakimiyyətindən “AzadlıqRadiosu”na verilən məlumata görə, heykəl Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Yolun genişləndirilməsi üçün sifarişi isə BŞİH verib.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirirlər ki, onlara hər hansı rəsmi qurum, o cümlədən BŞİH tərəfindən müraciəti olunarsa, heykəlin başqa yerə köçürülməsi məsələsi gündəmə gələ bilər.

Qeyd edək ki, Ş.İ.Xətainin heykəli həmin əraziyə 1993-cü ildə iyul ayının 4-də qoyulub. Heykəlin məhz şəhərin bu istiqamətində qoyulması isə hava limanından Bakının mərkəzinə gedən yoldan keçən qonaqların Azərbaycan tarixi ilə bağlı məlumatlandırılması məqsədi daşıyıb.

 

Həmçinin oxuyun

Jurnalistin şantajla bağlı şikayəti əsassız olduğu üçün rədd edilib

Bir neçə ay bundan əvvəl “Sputnik” informasıya agentliyində muxbir işləyən, Jurnalist İradə Cəlil Baş prokurorluq …

Bir cavab yazın