Ana səhifə / Media / Özünü jurnalist kimi tanıdıb komendant postundan yayınmaq istədi – Fotolar + Video

Özünü jurnalist kimi tanıdıb komendant postundan yayınmaq istədi – Fotolar + Video

Ağcəbədidə özünü jurnalist kim təqdim edərək komendant postundan yayınmaq istəyən və narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Ağcabədi-Beyləqan yolunda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəbrayıl rayon sakini Zeynullah Əsədovun idarə etdiyi “Naz Lifan” markalı avtomobillə komendant rejimini pozduğu üçün saxlanılıb.

Sürücü əvvəlcə polislərə özünü “jurnalist” kimi təqdim edərək “Cinayətkarlığa Qarşı Mübarizə” qəzetinin redaktoru olduğunu bildirib və məsuliyyətdən yayınmağa çalışıb. Amma sürücünün davranışları polislərdə şübhə doğurduğundan onun avtomobilinə baxış keçirilib. Baxış zamanı Zeynullah Əsədovun nəqliyyat vasitəsindən 10 büküm satış üçün nəzərdə tutulan 83 qram narkotik vasitə marixuana və heroin, 2 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, həmçinin kəsici alətlər polislər tərəfindən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zeynullah Əsədovun digər cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …