Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Ötən ildə övladlığa götürülən uşaqların statistikası – Rəsmi

Ötən ildə övladlığa götürülən uşaqların statistikası – Rəsmi

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2016-cı ildə 402-si oğlan, 371-i isə qız olmaqla 773 uşaq övladlığa götürülüb.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, övladlığa götürülmüş uşaqların 45,4 faizini üç yaşa qədər, 20,7 faizini 3-5 yaşlı, 19,7 faizini 6-10 yaşlı, 14,2 faizini isə 11-17 yaşlı uşaqlar təşkil edib.

Bu dövr ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onlardan da 7-si qızdır.

Ötən il Azərbaycan Respublikasının məhkəmələri tərəfindən 63 uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın