Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Ötən il 84 nəfər ölüb, 165 nəfər yaralanıb – RƏSMİ

Ötən il 84 nəfər ölüb, 165 nəfər yaralanıb – RƏSMİ

2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istehsalatla əlaqəli sayılmış 159 bədbəxt hadisənin təhqiqatını aparıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, hadisələr nəticəsində 84 nəfər həyatını itirib, 165 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qeyd olunub ki, iqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda (24,2%), emal sənayesində (16,8%), nəqliyyat sektorunda (12,4%), mədənçıxarma sektorunda (14,9%), energetika sahəsində (6,8%) və digər sahələrdə (24,9%) baş verməsi müəyyən edilib.

Tikinti sektorunda 39 bədbəxt hadisə baş vermiş (onlardan qrup halında bir hadisə qeydə alınıb) və bu hadisələr zamanı ölənlərin sayı 10 nəfər, xəsarət alanların sayı isə 30 nəfər olub.

Bundan əlavə, 2015-ci ilin dekabr ayında Xəzər dənizində baş vermiş təbii fəlakət nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 nəfər işçisinin ölümü və SOCAR-ın Günəşli yatağının 10 saylı stasionar Dərin Dəniz Özülündə 30 nəfərin ölümü, 33 nəfərin itkin düşməsi və xeyli sayda işçinin xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatına 2015-ci ildə başlanılıb və bu təhqiqatlar 2016-cı ildə başa çatdırılıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın