Azinforum.az Trend-ə istinadən xəbər verir ki, 2016-cı ildə 63 nəfərə böyrək köçürülüb. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 848 nəfər immunosuppressiv dərman preparatları ilə təmin olunur.

Ötən il ərzində Azərbaycanda 18 nəfərə isə qaraciyər köçürülüb. Bununla yanaşı, 76 xəstəyə endoprotezləşmə əməliyyatı, 26 uşağa koxlear implantasiya əməliyyatı olunub.

2016-cı ildə yalnız Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində 1000-ə yaxın açıq ürək əməliyyatı icra olunub. Onların 244-ü uşaqlar üzərində aparılıb.