Bazar , Yanvar 24 2021
Ana səhifə / Media / Ötən 10 ayın avtomobil qəzalarının statistikası: –638 ölü, 1721 yaralı

Ötən 10 ayın avtomobil qəzalarının statistikası: –638 ölü, 1721 yaralı

Bu ilin 10 ayı ərzində Azərbaycanda 1677 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Yol-nəqliyyat hadisələri nəticəsində 638 nəfər həlak olub, 1721 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 169 fakt (9,2%), həlak olanların sayı 103 nəfər (13,9%), yaralananların sayı 184 nəfər (9,7%) azalıb.

Bakı ərazisində 561 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 158 nəfər həlak olub, 579 nəfər yaralanıb. 2015-ci illə müqayisədə paytaxtda yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 107 fakt (16%), 37 nəfər (19%), 139 nəfər (19,4 %) azalıb.

Trend

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın