Bazar , Sentyabr 23 2018
Ana səhifə / Manşet / Osman Nərimanoğlunu yaxından tanıyan jurnalistlər od püskürdü: “Adam şərləmək, onun ətrafında pis aura yaratmaq, tora salmaq, şantaj etmək…”

Osman Nərimanoğlunu yaxından tanıyan jurnalistlər od püskürdü: “Adam şərləmək, onun ətrafında pis aura yaratmaq, tora salmaq, şantaj etmək…”

Məlum olduğu kimi, bir neçə gündür ki, Göygöl rayonunda yaşayan Rzayev Osman Nəriman oğlu adlı vətəndaş 40 manat pul müqabilində aldığı demokratik.az adlı domenin arxasında gizlənərək, güya “jurnalist” olduğunu iddia edərək, tanınmış jurnalist Məhəmmədəli Qəriblinin ozünü, ailə üzvlərini ən pis formada təhqir və təhdid edir. İndiyə qədər rəhbəri olduğu və ictimai rəyə heç bir təsiri olmayan saytında Məhəmmədəli Qəriblinin özü, ailə üzvləri haqda 20-yə yaxın böhtan və təhqir dolu məqalə dərc edib. Hətta ötən həftə, Osman Nərimanoğlu telefonla Məhəmmədəli Qəribliyə zəng edib, onu küçə söyüşləri ilə təhqir etdiyi üçün, tanınmış jurnalist iş başında olarkən, ağır stres keçirmiş və bunun nəticəsində təzyiqi yüksələrək qəfildən huşunu itirmişdi. 5 nömrəli Klinik Xəsətəxananın “reanimasiya” şöbəsinə yerləşdirilən Məhəmmədəli Qəriblini həkimlərin gərgin müdaxiləsindən sonra həyatda saxlamaq mümkün olmuşdu. Etdiyi ağır cinayətin məsuliyyətini dərk edən Osman Nərimanoğlu həmin gündən başlayaraq, Feysbuk-a girməyəcəyi və saytını işlətməkdən imtina etdiyinə dair elan verdi. Amma görünür, Məhəmmədəli Qəriblini və onun üzərindən ölkənin tanınmış qəzetini qaralamaq kimi sifarişi ona edənləri, Osmanın sükutu qane etməyib. Bu gün onu yenidən efirə buraxıblar. Osman Nərimanoğlunun özü yazı yaza bilmədiyi üçün, kiməsə yazdırdığı “məqalədə” yenə öz tərbiyyəsindən irəli gələn tərzi seçərək, böhtan və təhqirlərə yol verib. Çox maraqlıdır ki, Məhəmmədəli Qəribli Osmanın yazdığı böhtanlara cavab verməkdə maraqlı görünmür. Azinforum.az olaraq, M.Qəriblidən suqunluğunun səbəbini soruşduq:

“Bu, prosesi izləyən adamlar bilir ki, mən heç vaxt Osmana KİV səviyyəsində cavab verməklə onu şərəfləndirməmişəm. Yalnız bir status yazmışam ki, hələ də onun təsirindən çıxa bilmir. Osmanın son çabalarını anlayıram. Bilir ki, yol verdiyi cinayətlərə görə cavab verməyin vaxtı yetişib, buna görə də, saman çöpündən yapışaraq, növbəti böhtana əl atır. Amma iş burasındadır ki, son yazısında da xeyil məhkəməlik predmet buraxıb və biz artıq bunu dəyərləndirmişik. Hələlik biz məsələnin hüquq müstəvisində həlli istiqamətində fəaliyyət göstəririk. Vəkillərim bu işlə ciddi məşğuldur. Biz bu ağır cinayətlərin arxasında duran şəbəkənin tam ifşasına çalışırıq və əminik ki, bu istiqamətdə ciddi irəliləyiş var. Yaxın günlərdə nəticəni görəssiniz”.

 

Məhəmmədəli Qəribli Osman Nərimanoğlunun səviyyəsinə enmək istəməsə də, onu yaxından tanıyan jurnalistlər həmin şəxs haqda dəhşətli faktlar açıqlayıblar. Gəncədə fəaliyyət göstərən peşəkar jurnalist Ruhulla Zahidov Osmanı belə xarakterizə edir:

“Osman Nərimanoğlunu dərindən tanıdığım adam kimi onu deyim ki, bu insan üçün adam şərləmək, onun ətrafında pis aura yaratmaq, tora salmaq, şantaj etmək, ağı həyasızcasına qara etmək və inandırmaq su içmək kimi asan bir işdi. Allah adama bu istedadı verib. İnsan etdiyi əməllərə görə heç vaxt nə utanar, nə də qorxar. Baxmayaraq ki, təbiətən çox qorxaq adamdır, insanlara pislik edəndə sanki şirə dönər. O, peşəkar jurnalistlərin qanını içməyə hazırdır. Bunu dəfələrlə özü də etiraf edib. Nəyə görə -məqsəd aydındır. Jurnalistlərin hamısı məhv olub sıradan çıxanda, Osman kimilər jurnalistikaya heç bir başucalıq gətirməsə də, dərədə mütləq bəy olacaqdır”.

Osman Nərimanoğlu yazdığı cızmaqaralarda iqtidar təəssübkeşi olduğunu qeyd edir. Tanınmış jurnalist Şirin Cəfəri isə bunun belə olmadığını bildirir:

“Dünən profilinizdə paylaşdığınız statusunuza Nuru Paşanın əksi olan birinin rəyində ”JUREY” deyə ifadəsi diqqətimi çəkdi. Yazısı əhəmiyyətsiz olsa da,  ”JUREY”in nə olduğunu anlaya bilmədim. Indi paylaşdığınız şəkilə baxıram ki, ortada olan ”desant’, bir neçə il bundan öncə mənim də yanıma gəlib. Osman redaksiyamıza gələrək mənə bildirdi ki, ”qardaş , sənə güvənib gəlmişəm. Məni yaşadığım Göygöl rayonunun məmurları tutdurmaq istəyirlər . Məni müxalifətçi olduğuma görə, gözümçıxdıya salıblar”.  Mən də öz növbəmdə Osmana dedim ki, gəl redaksiyada işlə və sənə təqdim etdiyim mövzuları yaz. Sonra da qonarar al. Osman isə redaksiyada mövzunu işləyə bilmirdi. Nəhayət üç günə yarım səhifə yazı gətirə bildi. Bəhanəsi də bu oldu ki, evdə yaxşı işləyə bilir. Sonra mənə məlum oldu ki, Gəncədəki məmur ”ağa”ları  bu adamı redaksiyamıza ”desant” kimi atıblar. Nəhayət ikinci həftəsində redaksiyanı tərk edərək ”təziyiqlərə məruz” qaldığı rayonuna qayıtdı. Bu hadisədən sonra Osmana zəng etsəm də, telefonuma cavab vermədi. Əvəzində isə redaksiyamızın Gəncə bürosunun xanım müxbirinə böhtan atmağa başladı. Mən başqa nömrə ilə, təkrar ona zəng etdim və bildirdim ki, gəl kişi söhbəti edək. Osman üç ildən artıqdır ki, kişi söhbətinə gələ bilmir. Mən yenə də onu gözləyirəm!”

Əli, Azinforum.az

P.S. Osman Nərimanoğlunun regionda törətdiyi başqa cinayət tərkibli əməllər barədə ətraflı məlumat verəcəyik.

 

Həmçinin oxuyun

Tanınmış aktyor təhsil nazirinə müraciət etdi: “…Siz də məsuliyyət daşıyırsınız!”

Tanınmış aktyor, sevimli “Drakon”  obrazının oyunçusu Rza Rzayev təhsil naziri Ceyhun Bayramova və təhsil nazirinin …