Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Orta məktəblərdə keçirilən Azərbaycan tarixi sanki hərb tarixidir…” – EKSPERT

“Orta məktəblərdə keçirilən Azərbaycan tarixi sanki hərb tarixidir…” – EKSPERT

Bu gün orta məktəblərdə istifadə olunan tarix dərsliklərinin mövcud durumu cəmiyyətdə müzakirə predmetidir və qane edilməyən məqamların, nöqsanların çoxluğu dönə-dönə vurğulanır.

Təhsil eksperti Kamran Əsədov mövzunu şərh edib:

Son illər ərzində orta məktəblərdə istifadə olunan Tarix dərsliklərində on il əvvəllə müqayisədə ciddi fərqlər və irəliləyişlər var. Lakin buna baxmayaraq həllini gözləyən nöqsanlar hələ də qalır. Dərsliklərdə neçə dəfə təkrar işlənməsinə baxmayaraq hələ də qüsurlar qalmaqdadır. Bunlar isə insanlarımızı çaşdırır. Tarix fənni və dərsliyi digərləri ilə müqayisədə strateji və dövlət əhəmiyyətli elmdir. Bu dərsliklər insanımızın ideologiyasının formalaşmasına bilavasitə təsir göstərir. Dövlət səviyyəsində belə əsaslı faktlara söykənib biz hər yerdə deyirik ki, Qarabağa, Qafqaza ermənilər köçürülüblər. Onlar bu torpaqlarda aborigen deyillər. Amma digər tərəfdən isə tarix dərsliklərimizdə erməni çarının süqutundan bəhs edən məqalə kitablarda yer alır. Buna nə qədər şərh verilsə də, şagirdlərin beyində sual qalır. Bilirsiniz, dərsliklərdə hadisələri açıq şəkildə vermək lazımdır. Bizim tariximiz başdan ayağa şərəfli, məğrur hadisələrlə doludur. Gerçəkləri yazmaqdan qorxmaq lazım deyil. Biz milli kimliyimizi açıq şəkildə yazmalııyıq. O zaman aydın olacaq ki, son statistik göstəricilərə görə Azərbaycan xalqının 94 faizini türklər təşkil edir. Bəs türklər kimlərdi? Türklər bura gəlmə, yoxsa yerli millətdir? Altay nəzəriyyəsinə görə türklər bu yerlərə gəlmədirlər. Amma tarixi gerçəkliklər bunu təkzib edir. Tarixdən öyrədilən saklar, massagetlər, işquzların Qara dəniz sahillərindən bura yenmələri, bu ərazilərdə Skif çarının olması, Kuti dövlətinin mövcudluğu və sairə tarixi faktlar göstərir ki, Altay nəzəriyyəsi başdan ayağa səhvdir. Bundan başqa türklərin tarixindən bəhs edən Ergenekon dastanında türklərin məskənləri barədə verilən məlumatlar Qafqaz və Anadolunu anladır. Bu gün orta və hətta ali məktəblərdə tarixi oxuyan istənilən şəxsi bir sual düşündürür. Bu hətta geniş müzakirələrə səbəb olur, “azərbaycanlılar kimdir”- sualı. Tarixi və elmi əsaslara söykənib “azərbaycanlılar kimdir”- sualına aydınlıq gətirim.

Qeyd edim ki, Azərbaycan Respublikasının bütün vətəndaşları azərbaycanlı adlanır. Belə ki, Azərbaycan Respublikasının bütün vətəndaşları birlikdə Azərbaycan xalqını təşkil edirlər və azərbaycanlı adlanırlar. Azərbaycanlı ifadəsi hüquqi termin olub, heç bir etnik mənsubiyyət bildirmir. Buna görə də, azərbaycanlı ifadəsini etnik mənsubiyyət kimi təqdim edilməsi yanlışdır. Qayıdaq yenədə Tarix dərsliklərimizə. Orta məktəblərdə keçirilən Azərbaycan tarixi sanki hərb tarixidir. Müharibələrdən çox söhbət gedir. Dövlətlərin sosial-iqtisadi inkişafına, mədəniyyətinə az yer verilir. Bundan başqa X sinif “Azərbaycan tarixi” dərsliyində mədəniyyət mövzusu 17 paraqrafdır. Bu, çox yüklüdür. Başqa bir kitaba baxaq,VIII sinif “Orta Əsrlər tarixi” dərsliyində Moğol İmperiyası kimi böyük bir mövzu bir abzasla əhatə olunub. Halbuki, bu dövlətin tarixi, fəaliyyəti geniş nümunə olunacaq,qürur duyulacaq səhifələrlə doludur. Başqa bir nümunə gətirim: IX sinif “Ümumi tarix” dərsliyində “Fransa” mövzusu həddindən artıq ağır dildə, qarışıq yazılıb. Sanki bu kiminsə dissertasiya işindən olduğu kimi köçürülüb. Heç fransızlar öz kitablarında Fransanı bizdə olduğu kimi dərindən yazmırlar. Elə bil ki, biz ümumi tarix kitabını Azərbaycan məktəblisi üçün yox, Amerika, İngiltərə, Fransa, Rusiya şagirdi üçün yazıb, onlara tarixlərini dərindən öyrədirik. Bizim o ölkələrin tarixini bu qədər dərindən öyrətməyimizə və öyrənməyimizə nə ehtiyac var? Başqa bir nümunə də deyim: XI sinif “Azərbaycan tarixi”nin informasiyaları həddindən artıq yüklüdür. Hər səhifədə on beşdən çox fakt var ki, şagirdlər bunu mənimsəyə bilmir. Hesab edirəm ki, dərsliklər ciddi şəkildə mütəxəssislər tərəfindən, bundan başqa metodist və psixoloqlar tərifindən dəfələrlə yoxlanılıb, sonra istifadəyə buraxılmalıdır”. (Moderator.az)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın