Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Olympus” şirkəti Yasamalda 2 evi qəfildən sökdü: sakinlər yolu bağladılar

“Olympus” şirkəti Yasamalda 2 evi qəfildən sökdü: sakinlər yolu bağladılar

Bakıda tikinti şirkəti 6 ailəyə məxsus evi söküb. Sakinlər etiraz əlaməti olaraq yaxınlıqdakı yolu bağlayıb.

Hadisə ötən gecə Yasamal rayonunda qeydə alınıb. Belə ki, Hüseyn Cavid Prospekti 72 ünvanında 61 yaşlı Həsənova Şövkət və Həsənov Gülmirzəyə məxsus evdə yaşayan 6 ailə gecəni çöldə keçirməli olub.

Sakinlərin verdiyi məlumata görə, yaxınlıqda yerləşən “Olympus” tikinti şirkəti yeni bina tikib. Həmin şirkətin rəhbəri sayılan Rəfael adlı şəxs binanın həyətyanı sahəsini genişləndirmək üçün yaxınlıqda yerləşən iki fərdi yaşayış evini sökməyə qərar verib. Şirkət rəhbərliyi sakinlərlə görüşüb. Sakinlər iddia edir ki, qarşı tərəf fərdi yaşayış evlərinin ərazisini hesablayarkən ölçünü düzgün qeyd etməyiblər: “Sahəsi 200 kvadratmetr olan evin ölçüsü 60 kvadratmet kimi qiymətləndiriblər. Ona uyğun olaraq hər bir kvadratmetr üçün 1500 manat qiymətləndirilib”. Buna isə hər iki evdə yaşayan ailələr etiraz edib.

Gecə saatlarında hər iki ev ağırtonajlı avtomobillər vasitəsilə dağıdılıb. Sakinlər isə buna etiraz əlaməti olaraq Hüseyn Cavid prospektində nəqliyyatın hərəkətini məhdudlaşdırmaq üçün yolu müxtəlif vasitələrlə bağlayıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda hərəkət bərpa edilib.

“Olympus” tikinti şirkətinin satış meneceri Oktay Məmmədov bildirib ki, Hüseyn Cavid Prospekti 72 ünvanında evlərin qanunsuz sökülməsi ilə bağlı məlumat yanlışdır: “Yayılan məlumatlar yanlışdır. Orada qanunsuz heç bir iş aparılmır. Həmin ərazidə tam qanuni olaraq tikinti işləri gedir. Bütün məsələlər ancaq qanuna əsaslanaraq aparılır. Bütün məsələlərə nəzarət edən dövlət qurumları var, heç bir özbaşınalıq ola bilməz, olmur da. Kimə nə qədər pul verilməyi ilə bağlı müqavilələr var” (Report)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın