Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Media / Ölkədə kommunal xidmətlərlə bağlı hansı problemlər yaranıb? – SOSİAL

Ölkədə kommunal xidmətlərlə bağlı hansı problemlər yaranıb? – SOSİAL

Adətən öyrəşmişik ki, Bakıya qar yağan kimi yollarda qəzalar, evlərdə isə kommunal xidmətlərdə problemlər baş qaldırır. Artıq iki gündür ki, ölkə ərazisində qarlı hava şəraiti müşahidə olunur. 
Bəs, bu cür hava şəraitində kommunal xidmətin əməkdaşları öz işlərinin öhdəsindən lazımınca gəlirlərmi?
“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev musavat.com-a açıqlamasında mövzu ilə bağlı aşağıdakıları bildirib:“Hələ ki, bizə ciddi problemlərlə bağlı müraciətlər daxil olmayıb. Normal qaydada iş gedir. Doğrudur, ara-sıra çağrı mərkəzinə zənglər gəlir. Bu isə həmişəki problemlərdir.  Yəni mənzilin bir otağında istilik sistemi olur, birində olmur, şikayət də bununla bağlıdır. Heç bir qazanxanamızın fəaliyyətində dayanma yoxdur. Hamısı işləyir. İstiliyə gəlincə isə, bizdə temperatur qrafiki var. Qazanxananın böyük və ya kiçik olmasından, eyni zamanda ətraf mühitin temperaturundan asılı olaraq, biz də istiliyi tənzimləyirik. Havalar soyuduqca isə temperaturu artırırıq. Belə ciddi problemimiz yoxdur. Ara-sıra haradasa qaz zəif olarsa, “Azəriqaz”a deyirik, artırırlar. Elektrikdə də kəsilmələr olan kimi bununla bağlı da müvafiq quruma müraciət edirik. Ola bilər ki, qısamüddətli haradasa problem yarana… Ancaq bu da dərhal aradan qaldırılır”.
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə bildirdi ki, vaxtında görülən səmərəli işlərin bəhrəsini bu gün görməkdədirlər: “Bu gün havanın qarlı və şaxtalı keçməsinə baxmayaraq, qaz təsərüfatında hər hansı bir problem yaşanmır. Respublika ərazisində əhali tələbata uyğun mavi yanacaqla təmin olunur. Ötən illərdən fərqli olaraq, soyuq keçən bu dönəmdə çağrı mərkəzinə də müraciət edənlərin sayında xeyli azalma müşahidə olunur. Qaz təchizatında hər hansı bir məhdudiyyət olmadığı üçün problem yaşanmır”.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə musavat.com-a ölkəyə elektrik enerjisinin verilişdən danışıb: “Bəzi yerlərdə qısamüddətli olsa da, problemlər olub. Ancaq hazırda hər yerdə elektrik enerjisinin verilməsi normal qaydadadır. Heç bir problem də yoxdur”. Musavat.com

Həmçinin oxuyun

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz …

Bir cavab yazın