Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Öldüyünü polisə gələndə bildim” – Piyadanı vurub qaçan sürücü – VİDEO

“Öldüyünü polisə gələndə bildim” – Piyadanı vurub qaçan sürücü – VİDEO

Piyadanı öldürən sürücü qanundan qaça bilməyib.
Aeroport yolunun Sabunçu rayonunun ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Bakı şəhər sakini Yadigar Babayeva naməlum avtomobilin onu vurması nəticəsində dünyasını dəyişib.
ARB TV xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəza hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü – Şəmkir rayon sakini Emin Həsənov tutulub. Onun hadisə vaxtı idarə etdiyi avtomobil isə fərdi yaşayış evinin həyətində aşkar olunaraq ekspertizaya göndərilib.
Emin Həsənov (Saxlanılan şəxs): “Şəhər istiqamətində gəlirdim. Yolun da hardasa, deməli ordan-ora 23-cü, 24-cü km-liyində maşın maneəyə dəydi. Getdim hərləndim “Koroğlu” metrosunun yanınnan hərrəndim bir də qayıtdım, həmin yeri tapa bilmədim. Sonra getdim evə. Aradan 2 gün 2-3 gün, 4 gün keçdikdən sonra Yol Polisi rəisi zəng elədi ki, sizin maşın axtarışdadır. Adam vurmusan. Mən də gəldim ora, götürdü gətirdi Sabunçu Rayon Polis İdarəsinə. Və mən burda bildim ki, vurduğum adam həlak olub”.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın