Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Oğuzda məskunlaşan köçkünlər sel təhlükəsi ilə üzləşib…

Oğuzda məskunlaşan köçkünlər sel təhlükəsi ilə üzləşib…

Oğuz–Şəki şose yolunun üzərində Culut ərazisində yaşayan bir qrup məcburi köçkün şəraitlərindən narazıdırlar.
1993-cü ildən Oğuzda məskunlaşan Kəlbəcər sakini deyir ki, bu əraziyə 1997-ci ildə köçürülüblər və xarici şirkət onlara ev tikib. Lakin digər sakin tikililərin keyfiyyətinin qənaaətbəxş olmadığını deyir.
Onun sözlərinə görə, bəzi sakinlərə evlər tikilsə də, digərləri evlərini özü tikib.
Sakinlər onu da deyir ki, yağıntı olanda yağış suları evlərə dolur.
Əsasən kənd təsərrüfatı ilə dolanşıqlarını təmin edən köçkünlər bildirir ki, onlara yeni evlərə köçürüləcəkləri söz verilsə də bu baş verməyib.
Məcburi köçkünlər tez zamanda bu ərazidən köçürülmək istəyirlər.
Qaçqın və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsindən BBC Azərbaycancaya verilən məlumata görə, ərazidəki ailələrin köçürülməsi üçün hazırda imkan yoxdur. Lakin o da bildirirlib ki, Oğuzda yeni qəsəbələrin tikintisi nəzərdə tutulub.
Qurum deyir ki, bu ailələrin köçürülməsinə gələcəkdə mərhələli şəkildə baxılacaq, amma dəqiq tarix açıqlanmayıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın