Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Oğuzda kəndə hücum edən ayını “tok” vurub öldürdü – VİDEO

Oğuzda kəndə hücum edən ayını “tok” vurub öldürdü – VİDEO

Oğuzda kəndə hücum edən ayı özü qurban olub.

Növbəti belə hadisə rayonun Xaçmaz kəndində yaşanıb. Belə ki, axşam saatlarında Əlibala Nəbiyev öz bağına gedərkən yaxınlıqdakı transformatorda ayının ilişib qaldığını görüb. Yaxınlaşdığı zaman ayının elektrik cərəyanı vurması nəticəsində öldüyünün şahidi olub. Kənd sakinləri ayını yaxınlıqdakı meşə ərazisinə atıblar.

Ayının çəkisinin 30-35 kq olduğu bildirilir. Sakinlər hadisədən təşvişə düşüblər. Onların bildirdiyinə görə, axşam saatlarında ayı nəriltisini eşitmək artıq adi hal alıb.

Qeyd edək ki, ayının günün günorta çağı kəndə yaxınlaşması və transformatorun 50 metr yaxınlığında ev və məktəbin yerləşməsi bu təşvişi daha da artırıb.

Xatırladaq ki, bir neçə gün öncə də Şəkinin Baş Şabalıd kənd sakini ayının hücumuna məruz qalmışdı.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın