Cümə , Fevral 26 2021
Ana səhifə / Media / Ofeliya Sənani bəzi gənc aparıcıları tənqid etdi: “Axı nəyə lazımdır?”

Ofeliya Sənani bəzi gənc aparıcıları tənqid etdi: “Axı nəyə lazımdır?”

Ötən gün- 14 fevral Azərbaycanda Milli Televiziyanın 65 illik yubileyi qeyd olunub. Şərqdə ilk televiziya olan Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də efirə çıxıb.

Azərbaycan Televiziyasında böyük zəhməti, əməyi olan aparıcılardan biri 79 yaşlı Xalq artisti Ofeliya Sənanidir. O, hələ 1975-ci ildən televiziyada fəaliyyət göstərir.

Musavat.com Milli Televiziyanın 65 illik yubileyi ilə bağlı məşhur aparıcının təəssüratlarını öyrənməyə çalışıb. Ofeliya Sənani bu haqda aşağıdakıları qeyd edib:

“Uzun müddətdir ki, evdəyik, işləmirik. Ona görə də bayram oldu ya olmadı eyni təəssüratdayıq… Amma əlkbəttə ki, çox sevinirik ki, televiziyamızın 65 illik yubileyidir. Hər halda bizim də bu televiziyada bir zəhmətimiz olub. Zamanında gecə-gündüz işləmişik, bayramlarda isə səhəri televiziyada açırdıq.
Hər dəfə televiziyanın illiyi qeyd olunanda o günlərlə bağlı xatirələrimiz yada düşür… Televiziya cəmiyyət üçün çox vacibdr. AzTV də ilk televiziya olduğu üçün ona “ana televiziya” deyilir”.

Ofeliya Sənani gənc aparıcılara öz tövsiyələrini də bildirib:

“Gənc aparıcılara tövsiyəm odur ki, bir qədər ciddi olsunlar, xanım kimi rəftar etsinlər. Ümumiyyətlə, televiziyada işləyən qadınlar incə, xanım olmalı, ürəklərə yol tapmağı bacarmalı, səmimi olmalıdırlar. Bu səmimiyyətlə onlar əlbəttə ki, hər şeyə qalib gələr, daha da yüksəkləfə nail olar, özlərini tamaşaçıya daha çox sevdirər, xəbərləri gözəl çatdırarlar. Yoxsa ki, “mən televiziyada işləyirəm, özümü yuxarı dartım”, nəyə lazımdır? Axı televiziya işçisi xalq üçün işləyir. Evdar xanımlar oturub, televiziyaya baxırlaf. Biz ilk növbədə onları nəzərə alıb, onları dəyərləndiməli, savadlandırmalıyıq”.

Həmçinin oxuyun

Əhməd İsmayılov: “Hazırda fəaliyyət göstərən media subyektləri özlərini biznes sahəsi kimi görmür”

“Keçən ilki fəaliyyət dövrümüzdə də biz təhlillər aparmışdıq. Təhlillər nəticəsində hazırda fəaliyyət göstərən media subyektləri …