Ana səhifə / Media / O jurnalist yenə gündəmdə- ev dustaqlığından qaçdı

O jurnalist yenə gündəmdə- ev dustaqlığından qaçdı

Birinci Kanal”ın keçmiş redaktoru Marina Ovsyannikovanın adı yenidən gündəmə gəlib. Bu dəfə də qızını da götürərək ev dustaqlığından qaçdığı barədə xəbərlə.

Bu barədə onun keçmiş əri İqor Ovsyannikov xəbər verib. O bildirib ki, keçmiş həyat yoldaşı 11 yaşlı qızı ilə birlikdə naməlum istiqamətdə yoxa çıxıb, onlardan xəbər ala bilmir. Hələ ki, bu barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Moskvanın Basmannı məhkəməsində avqustun 10-da keçirilən məhkəmədə Marina Ovsyannikovaya qarşı Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaq ittihamı irəli sürülüb. Amma həm də beynəlxalq reaksiyadan çəkinərək, azyaşlı qızının olması səbəbindən oktyabrın 9-dək ev dustaqlığı edilməsi barədə qərar verib. Ovsyannikova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ilə ittiham olunur. Onu 10 ilədək həbs cəzası gözləyir.

photo_68122.jpg (38 KB)

Marina Ovsyannikova o zaman məhkəmənin qərarından təəccübləndiyini gizlətməyib, həbsxanaya göndəriləcəyini, hətta iki-üç il həbsdə yatacağını düşündüyünü deyib. İttihama səbəb onun iyulun 15-də Moskvada Sofiyskaya sahilində keçirdiyi təkadamlıq aksiya olub. Ovsyannikova müharibə əleyhinə plakatla bu dəfə “352 uşaq ölüb. Dayanmaq üçün daha neçə uşaq öldürmək lazımdır?” yazıbmış. Ovsyannikovanın keçmiş ərinə gəlincə, o da jurnalisti valideynlik hüququndan məhrum etməyə çalışır və iş məhkəmədədir. Onların birgə nikahdan bir oğulları da var. O isə Moskvada atasının yanında yaşayır. Marina Ovsyannikova ötən ilin martın 14-də “Zaman” (“Vremya”) verilişinin axşam efirində Ukrayna ərazisindəki hərbi əməliyyatlar və yalan təbliğatlara etiraz olaraq plakat açandan sonra bütün dünyada məşhurlaşmışdı.

mariya.jpg (199 KB)

Həbsi ilə bağlı jurnalist o zaman bunları demişdi: “Saxlanılanda bütün gecə və ertəsi gün hansı xüsusi xidmət orqanları ilə əlaqəli olduğum barədə soruşurdular. Onlar sona qədər inana bilmirdilər ki, mənim heç bir şərikim yoxdur, Qərb xüsusi xidmətlərində işləməmişəm, həmkarlarımla heç bir münaqişəm olmayıb, Ukraynadan olan qohumlar mənə heç nə yazmayıblar. İnanmaq istəmirdilər ki, “Birinci kanal”ın sıravi işçisiyəm, Mİ6, FTB və ya Mossadla əlaqəm yoxdur”.

Onu 30 min rubl cərimə edildikdən sonra azad edilmişdi. Bundan sonra işini itirən jurnalist Fransa prezidenti Makronun siyasi sığınacaq təklifindən isə imtina etmişdi. “Mən əslində Rusiya vətənpərvəriyəm və ömrümün daha 10 ilini xarici ölkədə uyğunlaşmağa sərf etməyə hazır deyiləm” deyə, o bildirmişdi.

Musavat.com

Həmçinin oxuyun

Mətbuat Şurası jurnalistlə vəkili barışdırmaq istəyir

Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə üzərindən tanınmış hüquqşünas Aslan İsmayılova müraciət edib. Rəşad …