Cümə , Aprel 19 2019
Ana səhifə / Media / Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayimlandi

Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayimlandi

 

Nyu-Yorkun məşhur “Davidzon Radio”sunun “Karavan” verilişinin budəfəki sayı Azərbaycanın Xalq artisti Rəşid Behbudova həsr edilib. AZƏRTAC xəbər verir ki, veriliş dünən axşam Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanıb.

Verilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılıb, repertuarından mahnılar səsləndirilib.
Rəşid Behbudov musiqisinin pərəstişkarları canlı verilişi http://www.davidzonradio.com/index620.php bu link vasitəsilə dinləyə bilərlər.

Qeyd edək ki, Nyu-York radiosu ilə yayımlanan “Karavan” verilişinin 10 ildir aparıcısı və müəllifi Boris Avezovdur. Ölkəmizi çox sevən müəllif öz verilişlərində tez-tez Azərbaycan musiqisindən, mədəniyyətindən, incəsənəti və tarixindən bəhs edən buraxılışlar təqdim edir.

Həmçinin oxuyun

AzTV-dəki Bədii Şura üzvləri hərəkətə keçdi – TV-lərdəki vəziyyətlə bağlı

Bu gün Azərbaycan teleməkanında olan vəziyyət hər birimizi narahat edir və etməlidir.Oxu.Az xəbər verir ki, bunu …