Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Nurofen apteklərdən yığışdırılır

Nurofen apteklərdən yığışdırılır

Avstraliya məhkəməsi Nurofen ağrı kəsici dərmanının satılmasına qadağa qoyub.
Məhkəmə bildirib ki, Britaniyada mənzillənən dərman istehsalçısı insanları “aldadır- eyni dərmanı müxtəlif adlarla daha baha qiymətə satır”.
İstehsalçı Reckitt Benckiser bildirib ki, istehlakçıların aldadılması müəyyən edilməyib.
Avtraliyada istehlakçı hüquqlarını müdafiə təşkilatı bu ilin əvvəlində məsələni məhkəməyə daşıyıb.
Federal Məhkəmə bildirib ki, məhsullar 3 ay ərzində dükanlardan yığışdırılmalıdır.
Avstraliya Rəqabət və İstehlakçı Komissiyası deyib ki, eyni tipli digər dərmanlarla müqayisədə Nurofenin pərakəndə satış qiyməti də “əhəmiyyətli dərəcədə bahadır”.
Təşkilat qeyd edib ki, fərqli adla satılan məhsulların müvafiq ağrı tipi üçün nəzərdə tutulmağına baxmayaraq, onların hamısında aktiv tərkibin – “ibuprofen lysine 342mq” eyni olduğunu müəyyən edilib.
Reckitt Benckiser Britaniyada Nurofen, Dettol və Harpic kimi dərmanları istehsal edir.
Məhkəmə qərar verib ki, şirkət qəzetlərdə düzəliş məlumatları çap etməli və məhkəmə xərclərini ödəməlidir. BBC

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın